- Daxili siyasət
- 13:00 19.04.2024
Azərbaycan Mətbuat Şurası cəbhə xəttində fəaliyyət göstərəcək jurnalistlər üçün tövsiyələr hazırlayıb. "Baki-Baku.az" Şuranın saytına istimadən tövsiyə mətnini təqdim edir:
"Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi əməliyyatlar mərhələsinin başlanması konfliktlə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması zərurətini aktuallaşdırmaqdadır. Bu baxımdan jurnalistlərin hərbi əməliyyatların getdiyi bölgələrə səfərləri çoxalmaqdadır.
Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinin cəbhə xəttinə yaxın ərazilərdən hazırladıqları materialları izləyir. Bu materiallar vasitəsilə istər əhali, istərsə də xaricdəki həmvətənlərimiz, eləcə də xarici ölkələrin vətandaşları real vəziyyətlə tanış olurlar.
Qeyd edək ki, Azərbaycanda jurnalistlərin hərbi əməliyyatlar zamanı peşə fəaliyyətlərinin tənzimlənməsini həyata keçirən mühüm dövlət sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2015-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiqlənmiş “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”dır.
Sənəd “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin müvafiq dövlət qurumu ilə razılaşdırılması qaydasını müəyyən edir. Sənəddə KİV əməkdaşlarının telekanal, radio, informasiya agentliyi, mətbu nəşrlər və internet informasiya resursu olmaqla hansı sayda akkreditəsinin mümkünlüyü yer alıb. Göstərilib ki, yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar. Qaydalarda həmçinin akkreditasiya üçün təqdim edilmiş sənədlərə baxılma müddəti və proseduru, akkreditasiyadan imtina və onun ləğvi halları, eləcə də digər vacib məqamlar nəzərdə tutulub.
Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində həyata keçirən media təmsilçilərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlər əməl etməyə çağırır.
Şura bununla yanaşı “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na, müvafiq beynəlxalq təcrübəyə əsaslanaraq cəbhə bölgəsinə, qoşunların təmas xəttinə yaxın, hərbi əməliyyatların intensiv xarakter aldığı ərazilərdə jurnalist fəaliyyətinin təşkilinə dair aşağıdakıları bildirir: