USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: "Bu əzmin, bu iradənin memarı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir"


  • Media
  •  15:27 28.09.2020
  •  344
https://img.baki-baku.az/news/2020/09/photo_1181.jpg?v=MjAyMC0wOS0yOCAxNTozNDo0Nw==

"Azərbaycan ordusu əsl mübarizlik göstərməkdədir. Ölkədə böyük ruh yüksəkliyi müşahidə olunmaqdadır. Bu əzmin, bu iradənin memarı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir". "Baki-Baku" xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün Facebook səhifəsində paylaşıb. 

Ə. Amaşov bildirib ki, Azərbaycanın müasir siyasi tarixində Qarabağ məsələsinə İlham Əliyev qədər içdən yanaşan, onun qədər məsələni bir millətin haqq işi, haqlı davası səviyyəsinə yüksəldən, fikirlərini prinsipial şəkildə ifadə edərək düşüncələrdə müqəddəs Qarabağ platforması yaradan azərbaycanlını təsəvvürə gətirmək mümkünsüzdür. Bu, ümumilikdə Azərbaycan tarixində qalacaq son dərəcə böyük, ilahi missiyadır:

"Qarabağ müharibəsi bizim üçün Böyük Vətən Müharibəsidir. Bu müharibədə varlığını rəşadəti, igidliyə ilə ortaya qoyan Azərbaycan Ordusuna eşq olsun!

Zəfər bizimlədir! Zəfər haqqın zəfəridir!

Uca Tanrı əsgərimizi, Azərbaycanımızı qorusun!" 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Media