USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İtaliyanın “l'Opinione” qəzetində 20 Yanvar ilə bağlı məqalə dərc edilib


  • Media
  •  18:25 19.01.2024
  •  98
https://img.baki-baku.az/news/2024/01/photo_10717.jpg

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l'Opinione” qəzetində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar məqalə dərc edilib.

Yazıda 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinə gedən yolda xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Həmçinin bu tarixin Azərbaycanın ötən ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı xüsusi məna kəsb etdiyi vurğulanıb. Separatizmin Azərbaycanda da əsas məsələ olduğu, 1990-cı illərdə gərginliyin artması nəticəsində ölkəmizin Qarabağ bölgəsində yaşayan çoxsaylı azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

Məqalədə ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun fikirlərinə yer verilib, diplomat 20 Yanvar tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Səfir qeyd edib ki, 1987-ci ildən etibarən müstəqillik uğrunda mübarizə aparan keçmiş Sovet İttifaqının bəzi ölkələri separatizm problemi ilə üzləşib. Eyni proses Azərbaycanın Qarabağ bölgəsində də baş verib. Ermənistan isə ekspansionist məqsədini gücləndirməklə bu şəraitdən istifadə etməyə çalışıb. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisində deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqı Bakıdakı Azadlıq meydanında kütləvi şəkildə toplaşaraq öz etirazını dinc formada ifadə etdi.

Diplomat vurğulayıb ki, Azərbaycan xalqının kütləvi etirazlarını və milli azadlıq hərəkatını zorla yatırmaq üçün sovet ordusu ölkəyə yeridildi. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız insan yaralandı, 841 nəfər isə qanunsuz həbs edildi. Bütün bunlar görünməmiş qəddarlıqla baş verdi və bu, qəti şəkildə SSRİ-nin tərkibində olan bütün digər respublikalar üçün siqnal olmaq məqsədi daşıyan hərəkət idi. “Human Rights Watch” təşkilatı bu faciəni insan hüquqlarının ən kobud şəkildə pozulması adlandırıb.

Rəşad Aslanov bildirib ki, faciədən dərhal sonra - yanvarın 21-də həyatını təhlükə qarşısında qoyan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını cəsarətlə ittiham edərək xalqa bağlılığını əməli şəkildə göstərdi. Sonrakı illərdə məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

“Bu qanlı aksiya totalitar kommunist rejimi tərəfindən həm Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, həm də xalqın inam və iradəsini sındırmaq məqsədilə hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 20 Yanvar faciəsi qurbanları milli maraqların qorunması naminə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazdılar. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında tarixi hadisə və dönüş nöqtəsi oldu. Bu faciədən sonra milli azadlıq hərəkatı siyasi reallığa çevrildi və xalq öz gələcəyini vahid yola, özünü müstəqil ölkə hesab etməyə yönəltdi. Azərbaycan xalqı hər il yanvarın 20-də faciə qurbanlarının xatirəsini ehtiramla yad edir”, - deyə diplomat vurğulayıb.




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Media