USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında etimad tədbirlərinin vacibliyindən danışıb


  • Region
  •  18:01 11.06.2021
  •  35
https://img.baki-baku.az/news/2021/06/photo_4023.jpg

“Hazırda Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycan və Ermənistan arasında etimad tədbirlərini inkişaf etdirmək üçün dialoq içərisindəyik”.

APA-nın xəbərinə görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, sərhəd problemlərini həll etmək üçün effektiv çoxtərəfli fəaliyyət həm uzunmüddətli, həm də yeni meydana çıxan problemləri həll etmək üçün vacibdir: “Etimad tədbirləri ilə bağlı proqramımız vətəndaş cəmiyyəti, mütəxəssislər və peşəkarlar arasında ortaq standartlar, ən yaxşı təcrübəni paylaşmaq və qeyri-siyasi dialoqu təbliğ edir. Təbii ki, problemlər və həll yolları konkret şərtlərdən asılı olaraq dəyişir”.

Baş katibin sözlərinə görə, Abxaziya, Cənubi Osetiya və Dnestryanıda da bu cür etimad tədbirləri görülür.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimad tədbirlərinin uğurlu olması həm də səlahiyyətli şəxslərin öhdəliklərindən asılıdır.

O vurğulayıb ki, hökumətlər Avropa Şurasının təşkilata üzv dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəklədiyinin fərqindədirlər.




Redaktorun seçimi

Şuşada yaranmış muğamlar
  • Mədəniyyət
  • 11:50 13.07.2021
Şuşada yaranmış muğamlar