USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rüstəm Muradovun Qarabağdakı müqavilə müddəti uzadılmaya bilər


  • Region
  •  09:46 05.05.2021
  •  412
https://img.baki-baku.az/news/2021/05/photo_3742.jpg

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun altı aylıq müqavilə müddəti mayın 13-də başa çatır. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Joxovurd" qəzeti yayıb. Qəzet iddia edir ki, R.Muradovu başqası əvəzləyə bilər. 

Qəzet eyni zamanda rusiyalı hərbi ekspert Vladimir Yevseyevin fikirlərinə əsaslanaraq bildirir ki, Muradovun başqası ilə əvəzlənməsi məcburi deyil. Müqavilə müdəti artırıla da bilər. Hərbi ekspert general-leytenantın Rusiyanın hərbi dairələrində ciddi qəbul edilən hərbçi olduğunu, yüksək mükafatlara layiq görüldüyünü də xatırladıb. 

Qeyd edək ki, Rusiya mediasında R.Muradovun Qarabağdakı təyinatı ilə bağlı diqqətçəkən material da yer alıb. Orada bildirilib ki, Muradovla yanaşı bu posta digər namizədlər də olub. Baş Qərargah onun namizədliyini Müdafiə Nazirliyinə, nazir Sergey Şoyqu isə prezident Putinə təqdim edib. Bununla belə Muradovun geri çağrılması da istisna deyil. 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası