USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sergey Şoyqu: Qarabağ çox incə və mürəkkəb əməliyyatdır - "Türkiyənin NATO-nun üzvü olması maneçilik törədir"


  • Region
  •  10:18 17.03.2021
  •  314
https://img.baki-baku.az/news/2021/03/photo_3252.jpg

Dağlıq Qarabağ çox incə və asan olmayan əməliyyatdır. "Baki-Baku.az" xəbər verir ki, bunu Qazaxıstanın "Tengrinews" agentliyinə müsahibəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 

Rusiya-Türkiyə münasibətlərindən söz açan S.Şoyqu bildirib ki, ölkələr arasında sadə olmayan, çətin, ancaq nəticəli iş aparılır. "Müştərək fəaliyyət. Çətindir, çünki maneə var. Türkiyənin NATO-nun üzvü olması da maneçilik törədir. Ancaq biz həll variantları tapırıq. Məsələn, İdlib deslokasiya zonası. Ümumən zamanında Suriyada deslokasiya zonalarının yaradılması, bizim fikrimizcə, belə konfliktlərin həllində yeni səhifə, yeni mexanizmdir. Sonuncu iş isə sözsüz ki, Dağlıq Qarabağdır. Bu, özlüyündə sadə olmayan əməliyyatdır. Bunu məhz belə adlandırardım, başqa cür yox. Çünki ona böyük sayda arqumentlər, elementlər və motivlər cəlb olunub. Razılaşın ki, birlikdə yaşadığımız və gələcəkdə də dostluq və sülh şəraitində yaşayacağımız bizim üçün qardaş olan iki xalq, iki yaxın qonşu düşmənçilik edəndə...

Digər tərəfdən, Türkiyənin buna qoşulması. Buna görə də türkiyəli həmkarlarımızla danışmaq və çalışmaq lazım idi. Bizim prezident, inanın mənə, titanik səylər göstərdi ki, bütün bunlar alınsın. Özü də hamını inandırmaq lazım idi. Düşünün ki, kimsə yox idi ki, desin, mən razıyam onları inandırın. Yox, sözsüz ki, hər kəsi inandırmaq lazım idi. Biz öz həmkarlarımız səviyyəsində, yaxud müdafiə nazirləri türkiyəli həmkarlarımızla danışırdıq. İndi əsas olan odur ki, birincisi, insanlar bir-birilərini öldürməyə son veriblər. İkincisi, ümüd edirəm ki, onların ikitərəfli təmaslara keçmələrinin, öz aralarında danışmağa başlamalarının vaxtı gəlib çatıb. Azərbaycanı və Ermənistanı nəzərdə tuturam", - deyən S.Şoyqu prosesin Rusiya-Türkiyə münasibətlərindən asılılığını da önə çəkib.

"Ancaq yeni oyunçular, köhnə qonşular da meydana çıxır ki, onlar özlərinin təkliflərini irəli sürürlər. Mən İranı nəzərdə tutram. Bu, infrastrukturun inkişafı, bu, eyni zamanda dəmir yolu, bu, eyni zamanda hidroenergetika və nəqliyyat əlaqələridir. Çox məsələlər var", - deyə Rusiyanın müdafiə naziri fikirlərinə aydınlıq gətirib. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası