USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vladimir Kazimirovdan Qarabağ açıqlaması Ermənilər revanşa, azərbaycanlılar güzəştə hazır deyil


  • Region
  •  14:42 16.03.2021
  •  483
https://img.baki-baku.az/news/2021/03/photo_3238.jpg

 

Erməni tərəfi müharibədəki məğlubiyyətlə barışa, Azərbaycan isə kompromiss və Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün hansısa güzəştə gedə bilmir. "Baki-Baku.az" xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı keçmiş həmsədri, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə sabiq xüsusi nümayəndəsi Vladimir Kazimirov "VERELQ"ə açıqlamasında bildirib. 

"Nə ona, nə də buna inanıram. Ermənilər hələlik barışa, azərbaycanlılar isə müharibəni udduqları təqdirdə hansısa güzəştə gedə bilmirlər. Müvəqqəti udduqları", - deyə Kazimirov aydınlıq gətirib. Kazimirov bir çox məsələləri zamanın həll etməli olduğunu söyləyib. O deyib ki, tez bir zamanda həll variantı mümkün deyil. Düşünmək lazımdır ki, hansı konkret vaxt ərzində İkinci Qarabağ Müharibəsinin çatışmazlıqları aradan qalxacaq. 

V.Kazimirov hazırda Ermənistanın revanşa hazır olmadığını bildirib: "Hansısa tez bir zamanda baş verəcək revanşdan danışmaq... Mən buna inanmıram. Ermənistanın özünün qüvvələri, xüsusən də Qarabağda olanlar böyük deyil ki, Azərbaycana qarşı çıxılsın. Xüsusən də Türkiyəyə qarşı".

V.Kazimirov açıqlamasında Dağlıq Qarabağ münaqişəsində Rusiya amili üzərində də dayanıb: "Rusiyaya ümüd bəsləmək - ermənilər bunu da nəzərə almalıdırlar. Çünki Rusiyanın istənilən cür cəlb edilməsi, bu, dünya miqyaslı prosesdir. Bu, yalnız Azərbaycana, Ermənistana və Türkiyəyə aid deyil, bütövlükdə dünyada qüvvələr nisbətinə bağlı məsələdir. Çünki əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinə qarışsa, NATO-çular, ABŞ üçün xeyirli olacaq. Ona təzyiq göstərəcək, nə isə tələb edəcəklər. Onsuz da bir çox Qərb ölkələrində rusfobiya baş alıb gedir". 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi