USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putinin İlham Əliyev və Nikol Paşinyanla telefon danışığı olub


  • Region
  •  18:28 12.03.2021
  •  391
https://img.baki-baku.az/news/2021/03/photo_3218.jpg?v=MjAyMS0wMy0xMiAxODo1NzoxNQ==

Rusiya prezidenti Vladimir Putin martın 11-də və 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, telefon danışığında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə əldə edilmiş üçtərəfli bəyanatların reallaşdırılmasının praktik tərəfləri nəzərdən keçirilib. Atəşkəs rejiminə riayət edilməsi və regionda stabilliyin qorunmasından məmnunluq ifadə olunub. Məlumatda vurğulanıb ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri sülhməramlıların fəaliyyətini yüksək qiymətləndiriblər. 

Telefon danışığında həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə də toxunulub. Bu kontekstdə baş nazirlərin müavinlərindən ibarət işçi qrupunun fəaliyyətindəki pozitiv məqamlar önə çəkilib. 

Kremli mətbuat xidməti həmçinin telefon danışıqları zamanı Rusiya-Azərbacan və Rusiya-Ermənistan ikitərəfli əlaqələrinin mövcud vəziyyətindən söz açıldığını bildirib. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi