USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin və Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə ediblər


  • Region
  •  16:27 19.02.2021
  •  357
https://img.baki-baku.az/news/2021/02/photo_2937.jpg

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan arasında telefon danışığı olub. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, hər iki tərəf qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan koronavirus infeksiyasına qarşı mübarizə, həmçinin Türkiyənin Rusiya vaksinindən istifadəsi məsələləri önə çəkilib. 

Müzakirə edilən əsas məsələlərdən biri də Dağlıq Qarabağdakı vəziyyətdir. Mövcud kontekstdə 9 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci ildə əldə edilmiş razılıqlarla əlaqədar fəaliyyətə nəzər salınıb. 

"Bu Türkiyə və Rusiyanın hərəkətlərini regionun sosial-iqtisadi maraqları naminə koordinasiya etməsi deməkdir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib", - deyə məlumatda vurğulanıb. 

Bundan başqa tərəflər Suriya və Liviyadakı vəziyyətə diqqət yetiriblər. Mövcud istiqamətdə müzakirələr gedib.

Telefon danışğı zamanı V.Putin Ərdoğana İraqda 13 türk vətəndaşınıb faciəvi ölümü ilə bağlı başsağlığı da verib. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi