USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan cəbhəsindən Sarkisyana ittihamlar: Onun başladığı danışıqları davam etdirməliydik?


  • Region
  •  16:02 16.02.2021
  •  338
https://img.baki-baku.az/news/2021/02/photo_2885.jpg?v=MjAyMS0wMi0xNiAxNjoyOTozMA==

Ermənistanın baş naziri Nikol Paşinyanının hakim "Mənim addımım" blokunun deputatı Qraçya Akopyan ölkənin üçüncü prezidenti Serj Sarkisyanın "Armnews" telekanalına müsahibəsində səsləndirdiyi iddialara cavab verib. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, Akopyan Sarkisyanın 2018-ci ildən sonrakı hərəkat anti-Qarabağ meylli olmasına dair fikirlərindən hiddətlənib. 

"Mən hətta bəyanatı şərh etmək istəmirəm. Belə fikirlər sübuta yetirilməlidir. Mən də deyə bilərəm ki, Serj Sarkisyanın 10 illik hakimiyyət dövrü Qarabağ əleyhinə idi. Sarkisyanın hakimiyyətdə olduğu illərdə Qarabağa heç bir əhəmiyyətli investisiya qoyulmayıb", - deyən Akopyan Sarkisyanın 5 milyard dollar müqabilində torpaqların Azərbaycana verilməsinə dair məsələni şübhələndirməsi üzərində dayanarkən bununla əlaqədar onda heç bir məlumatın olmadığını vurğulayıb. 

Q.Akopyan onu da bildirib ki, hazırkı hakimiyyət danışıqları ona görə dayandırdı ki, o, 7 rayonun Azərbaycana verilməsini rəhbər tuturdu. Buna görə də hakimiyyət danışıqları sıfırdan başlamaq istədi. Jurnalistlərin "bunun nəticəsində daha böyük itkilər oldu" qeydinə Akopyan belə cavab verib: "Nə etməli idik? Torpaqların verilməsi ilə bağlı Serj Sarkisyan tərəfindən başlanılmış danışıqları davam etdirməliydik? Biz pis miras qəbul etmişdik".

Akopyan onu da bildirib ki, Ermənistanın keçmiş hakimiyyəti torpaqların verilməsi ilə bağlı danışıqlar aparıblar, ancaq ölkəyə qayıdanda deyiblər ki, düşmənə torpaq vermərik. "Bir halda ki onlar ərazilərin qaytarılması ilə bağlı danışıqlar aparmışdılar, cəmiyyəti buna hazırlamaq, ictimaiyyətdə müvafiq rəy yaratmaq lazım idi", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Qraçya Akopyan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qardaşıdır. 




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”