USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Serj Sarkisyan: "Onlar Əliyevdən öyrənməyə başlayanda, mənə aydın oldu ki, məğlubiyyətə gedirik"


  • Region
  •  23:04 15.02.2021
  •  628
https://img.baki-baku.az/news/2021/02/photo_2864.jpg?v=MjAyMS0wMi0xNiAwMDozNTo0NQ==

 

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ölkənin "Armnews" telekanalına müsahibə verib. "Bak-Baku.az" müsahibədəki maraqlı məqamları (Sarkisyanın ayrı-ayrı məsələlərlə bağlı fikirlərini) təqdim edir:

"Mən prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir olmağa bir şərtlə razı idim ki, danışıqlar (Qarabağ üzrə) prosesində əsas danışan dəyişsin. O halda ki, Qarabağ məsələsində köklü dəyişiklik olsun".

"Gələcək təslimçi (Paşinyan nəzərdə tutulur) ilə mən 3 dəfə görüşmüşəm. 1993-cü ildə, 1999-cu ildə məhkəmədə və 2018-ci ilin yazında. Mən onunla heç vaxt telefonda danışmamışam. Mən onunla hətta vasitəçilərin köməyilə də təmasda olmamışam". 

"Paşinyan o qüvvələrin layihəsidir ki, mən o qüvvələrlə ümumi heç nəyə malik ola bilmərəm. Onlarla mənim yalnız fikir ayrılıqlarım var". 

"Paşinyanı bizim aldadılmış xalqımız seçdi. Heç kəs məni hakimiyyəti onlara verməkdə ittiham etməsin. Mən hakimiyyəti onlara yox (Paşinyana), Karen Karapetyana (keçmiş baş nazir) təhvil vermişəm".

"İtiklər olmadan hakimiyyətdə qalmaq mümkün deyildi". 

"Nikol Paşinyan düz deyir, mən səhv etmişdm". İstefa mətnini üç dəfə redaktə etmişdim".

"Sonra mən Karen Karapetyanı dəvət etdim və bildirdim ki, vəziyyətdən çıxış yolu mənim getməyimdir və soruşdum ki, ölkəni idarə etməyə hazırdırmı? Karen Karapetyan "hə" dedi. Ardınca Karen Karapetyan koloniyaya Paşinyanın yanına getdi və məlumat verdi ki, mən istefa verəcəm. Mənim ona (Paşinyana) hakimiyyəti təhvil verməyimdən söhbət belə getmirdi". 

"Mən demək istəmirəm ki, onların (Paşinyanın) hakimiyyətə gəlməsində mənim səhvim yoxdur". 

"Mən heç vaxt düşmənə torpaq verilməsinin tərəfdarı olmamışam". 

"Biz heç vaxt torpaqları verməklə bağlı danışıq aparmamışıq. Biz danışıqları almaq üçün aparmışıq. Ancaq onlar (Paşinyan) üçün danışıqlar "vermək, yaxud verməmək" məsələsiydi". 

"Bizim üçün qırmızı xətt o idi ki, Artsax (Qarabağ) heç vaxt Azərbaycanın tərkibində olmamalıdır. Biz bu xətti 2018-ci ilədək qoruduq". 

"Bizim 2016-cı ilin aprel müharibəsinin bitməsi üçün 7 rayonu Azərbaycana qaytarmağa hazır olmağımızla bağlı söz verməyimiz axmaqlıqdır. Həmin vaxt Bakı özü Moskvaya müraciət etmişdi ki, müharibə dayansın, çünki bizim əks həmlə nəticəsində böyük itkilər vermişdi". 

"O zaman bizdən yeni sülh sazişinin imzalanmasını istəyirdilər. Biz "yox" dedik. Əgər bizim Azərbaycanla başqa danışıqlarımız olsaydı, o zaman Rusiya üçüncü tərəf kimi bunu açıqlayardı".

"Bu yarımağıl hakimiyyət bizim danışıqlar prosesində əldə etdiklərimizdən imtina etdikdə və onun tarixi haqqında Əliyevdən (Azərbaycan Prezidenti İlham Əliyev nəzərdə tutulur) öyrənməyə başlayanda, mənə aydın oldu ki, biz məğlubiyyətə gedirik". 

Onlar (Paşinyan) Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qarşısında şərt qoydular ki, Artsax (Qarabağ) münaqişə tərəfi kimi masada olmasa, danışıqlar olmayacaq. Bu, ATƏT-in həmsədr ölkələrinə hörmətsizlik idi. Hansısa şəxs (Paşinyan nəzərdə tutulur) peyda olub və o, öz nəzər-nöqtəsindən danışıqlara başlayıb!"

"Mən hər zaman demişdim ki, Qarabağ münaqişəsinin həlli qarşılıqlı kompromisslərlə mümkündür". 

"Azərbaycana nəyi veririk" fikrini ağlınızdan çıxarın. Bunun yerinə deyin ki, "biz nə əldə edirik". Kazan sənədi torpaqların verilməsini deyil, Qarabağın Azərbaycanın tərkibində müvəqqəti statusunu təsdiqləyirdi. Bundan əlavə biz Kəlbəcəri və Laçını saxlayırdıq. Ancaq Kazanda Bakı bunu imzalamaqdan imtina etdi".

"11 iyun 2011-ci ildə biz Lavrovdan məktub aldıq ki, sənədin mətni tərəflərlə razılaşdırılıb və Kazanda imzalanacaq. Mən praktiki olaraq əmin idim ki, Azərbaycan sənədə imza atmayacaqdır". 

"Lavrov planı" adlı sənəd yoxdur" 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası