USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran generalı: İran Dağlıq Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir


  • Region
  •  13:08 11.02.2021
  •  395
https://img.baki-baku.az/news/2021/02/photo_2821.jpg

İran Dağlıq Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir. "Baki-Baku.az" İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin Quru Qoşunlarının komandanı general Kiumars Heydəri deyib.

K.Heydəri bildirib ki, ölkəsi üçün regionda "qırmızı xətt" var. Bu, regionun coğrafiyasında hər hansı dəyişikliyin yolverilməzliyi ilə əlaqədardır. Buna görə də Tehran Azərbaycana və Ermənistana mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün hərbi deyil, alternativ yol təklif edir. 

General onu da bildirib ki, Azərbaycan və Ermənistanla olan ümumi sərhədləri mühafizə edərkən İran qoşunları eyni zamanda bu sərhədlərdən kənar hadisələri də izləyir. Onun sözlərinə görə, hazırda ölkənin şimal sərhədləri üçün heç bir təhlükə yoxdur. Hər bir potensial təcavüzkar bilməlidir ki, İran qüvvələri istənilən hücuma qarşı durmaq gücünə malikdir. 

Qeyd edək ki, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bu günlərdə verdiyi açıqlamasında Qarabağda hərbi əməliyyatların davam etməsinin İranın şimal sərhədləri üçün problem yarada biləcəyini bildirmişdi. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi