USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rudenko sülhməramlılar, Minsk Qrupu və Qarabağın statusu barədə: "...ehtiyatla, tələsmədən, vaxtı gələndə"


  • Region
  •  13:38 10.02.2021
  •  331
https://img.baki-baku.az/news/2021/02/photo_2801.jpg?v=MjAyMS0wMi0xMCAxNDowODo1Mw==

"Biz Dağlıq Qarabağ probleminin bütün aspektləri üzrə Azərbaycan və Ermənistanla sıx işləyirik". "Baki-Baku.az" xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko "İzvestiya" qəzetinə müsahibəsində bildirib. 

"Atəşkəs hazırda Laçın dəhlizində tərəflərin təmas xəttində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilir. Bizim sülhməramlıların regionda olması nəinki Qarabağda vəziyyətin normallaşması, həmçinin Bakı ilə Yerevan arasında münasibətlər baxımdan faktordur", - deyə Rudenko vurğulayıb.

A.Rudenko eyni zamanda bildirib ki, hazırda ATƏT-in Minsk Qrupu və onun həmsədrləri azərbaycanlılar və ermənilər arasında qarşılıqlı inamın möhkəmləndirilməsi məsələsində aktivlik göstərə bilərlər. Onun sözlərinə görə, vətəndaş cəmiyyətləri arasında dialoq mühitinin formalaşdırılması da regionda sabitləşmə üçün müstəsna rol oynayacaq ki, bu da qarşıdakı müddətdə siyasi müstəvidəki addımlar üçün zəmin deməkdir. 

ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin tam nizamlanması baxımından hansı perspektivlərinin mövcudluğuna dair suala cavab verən Rudenko bildirib: "Bundan çıxış edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti davam etdirilməlidir. Onlar 10 noyabr bəyanatına da təsirini göstərmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin hazırlanmasına böyük töhfə veriblər. Bunlar Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, qaçqınların qayıtması, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin olması, sülhməramlı əməliyyat, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır", - deyən Rusiya XİN müavini əlavə edib ki, 1994-cü ildə ATƏT-in Budapeşt sammitinin qərarı ilə Minsk Qrupunun həmsədrlərinə həvalə olunmuş siyasi nizamlama qarşıda duran mühüm vəzifədir. "Üçlük" gələcək addımlar üçün qarşılıqlı səmərəli baxışların hazırlanması, o cümlədən status məsələnin həlli üçün böyük beynəlxalq dəstəyə malikdir. Ancaq ehtiyatla, tələsmədən, vaxtı gələndə", - deyə Rudenko fikrinə aydınlıq gətirib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası