USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Serj Sarkisyanın müavini: Azərbaycan addım-addım Qarabağın statusu məsələsini öz xeyrinə həll edir


  • Region
  •  12:24 09.02.2021
  •  442
https://img.baki-baku.az/news/2021/02/photo_2767.jpg?v=MjAyMS0wMi0wOSAxMzoxMjo1Mg==

Azərbaycan addım-addım Qarabağın statusu məsələsini öz xeyrinə həll edir. "Baki-Baku.az" "Panorama.am"a istinadən xəbər verir ki, bu fikri özünün facebook səhifəsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan yazıb. 

Aşotyan bildirib ki, rüsvayçı kapitulyasiyadan sonra yaranmış durum nəticəsində Ermənistan dövlətçiliyinin ləğvi, təhlükəsizliyə təhdidlər, iqtisadi kollaps, ərazilərin itirilməsi reallığı yaranıb. Partiya sədri bu problemlərdən yalnız birininin üzərində dayandığını deyir - Dağlıq Qarabağın statusu. O, məsələnin 10 noyabr bəyanatına da daxil edilmədiyini vurğulayıb və əlavə edib ki, bu, Qarabağ hərəkatının və mübarizəsinin başlıca sualı idi və yekun həlli olmalıydı. 

"Beynəlxalq ictimaiyyət hazırda siyasi səviyyədə Qarabağın statusu məsələsinin müvəqqəti dondurulması ideyası üzərində dayanıb", - deyən Aşotyan bildirib ki, 44 günlük müharibə Qarabağ məsələsini dondurulmuş münaqişə kontekstindən dondurulmuş status kontektinə daşıdı. Əslində elə gəlir ki, dondurulub. Faktiki olaraq Ermənistanda hakimiyyətdə olan türkmeylli qüvvələrin köməyilə Azərbaycan addım-addım Qarabağın statusu məsələsi öz xeyrinə həll edir. Partiya sədrinin müavini fikrini əsaslandırmaq üçün Artsax ordusunun gələcəyi, əraziyə erməni rəsmilərin səfərləri və ümumən Qarabağa xaricilərin səfərləri məsələlərini qabardıb. O deyib ki, Azərbaycan Qarabağın subyekt kimi varlığının hər qatını ayırmağa müvəffəq olur: "Böyük ərazilərin itirilməsindən sonra Qarabağda funksional itkilər başlayıb. Faktiki olaraq müharibə davam edir. Amma bu dədə Ermənistan müqavimət göstərmir. Çünki əclaf satqın (baş nazir Nikol Paşinyan nəzərdə tutulur) ölkə daxilində xalqa qarşı ikinci cəbhə açıb ki, biz xarici cəbhəyə köklənə bilməyək. Nə vaxtadək biz daxili türklərə dözməli olacağıq? Axı bu templə daxili və xarici türklər məsələn, Respublika meydanında görüşəcəklər".




Redaktorun seçimi

Məğlub millətçilər İrəvanda sülhə qarşı
  • Daxili siyasət
  • 13:29 08.05.2024
Məğlub millətçilər İrəvanda sülhə qarşı
Fransa siyasi qızdırma ağuşunda
  • Daxili siyasət
  • 12:26 08.05.2024
Fransa siyasi qızdırma ağuşunda
Ədalətsiz vasitəçilikdən ədalətli sülhə
  • Daxili siyasət
  • 12:23 08.05.2024
Ədalətsiz vasitəçilikdən ədalətli sülhə
Pekin Avropa səfərindən nə gözləyir?
  • Daxili siyasət
  • 11:44 07.05.2024
Pekin Avropa səfərindən nə gözləyir?