USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xankəndində olmuş ispan jurnalistin müharibə qeydləri: Azərbaycan ordusu ancaq hərbi obyektləri nişan alırdı


  • Region
  •  15:13 02.02.2021
  •  401
https://img.baki-baku.az/news/2021/02/photo_2689.png

Pablo Qonsales. İspaniyalı jurnalistdir. Qarabağ müharibəsinin ən qızğın vaxtlarında Xankəndində, eləcə də hərbi əməliyyatların getdiyi digər ərazilərdə olub. Müharibədə gördükləri ilə bağlı isə “Lenta.ru”ya danışıb. “Baki-Baku.az” olaraq onun dediklərini müəyyən ixtisarlarla təqdim edirik.

Öncə onu bildirək ki, P.Qonsales Qarabağadək dünyanın bir sıra münaqişə zonalarında çalışıb. Yəni qaynar nöqtələrdə işləmək baxımından kifayət qədər təcrübəyə malikdir. Hazırladığı materialları yerli EFE agentliyinə, bask qəzeti olan “Gara”ya, “Amerikanın səsi” radiostansiyasına, bir neçə Polşa nəşrinə və Latın Amerikası telekanallarına satır.

Qonsalesin dediyinə görə, Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların hər iki istiqamətində olmaq istəyib. Azərbaycana da bunun üçün müraciət ünvanlayıb, lakin sözündən belə çıxır ki, Ermənistan tərəfinin müsbət cavabı göz qırpımında alındığından, Bakıdan gəlməsi mümkün olan razılığı gözləmədən yola düzəlib.

Şuşanı Qarabağ üçün mühüm strateji nöqtə adlandıran xarici jurnalist onun uğrundakı döyüşlərin bir neçə gün davam etdiyini və Azərbaycanın qələbəsi ilə başa çatdığını vurğulayıb. Ermənistan ordusundakı ümumi başıpozuqluğa, sistemsizliyə diqqət çəkən reportyor mövcud xüsusda Şuşanın müdafiəsinin də lazımi qaydada qurulmamasından söz açıb. Ancaq onun üzərində dayandığı konkret məqam var (Qonsales Şuşa ilə bağlı başqa dediyi kobkret heç nə yoxdur): “Şuşanı necə itirdilər, bu, sadəcə ağlagəlməzdir. Mən bunu anlaya bilmirəm”.

Şuşa ilə yanaşı, Xankəndi, Xocavənd, Ağdərə və digər yerlərdə ermənilərin içində olan jurnalistin qənaəti budur ki, Qarabağ müharibəsində dinc əhali ölümü az qeydə alınıb. O, Ermənistan tərəfindən evakuasiya işlərinin yaxşı aparıldığını vurğulayıb. Ən əsası isə Qonsales ermənilərin zaman-zaman yaydıqları yalanlardan ən önəmlisini ifşa edib: “Hər bir halda azərbaycanlılar konkret hədəflərə vurmağa çalışırdılar. Məsələn, hava hücumundan müdafiə sistemlərini vururdular. Şəhərləri bombaladıqda isə bilərəkdən, məqsədli şəkildə mülki obyektləri hədəfə almırdılar. Eyni zamanda insanların toplaşdıqları mehmanxanalara və digər yerlərə zərbələr endirmirdilər. Hətta Prezident Sarayını (Xankəndində separatçı rejim rəhbərinin igamətgahı nəzərədə tutulur) belə atəşə tutmurdular. Ancaq istəsəydilər, bunu etmək çox asan idi. Çünki bina yaxşı görünürdü”.

Jurnalist azərbaycanlıların atdıqları raketlərin bəzən evlərin yaxınlığına düşdüyünü də bildirsə də, belə halların intensiv xarakter daşımadığını, Donetsk və Dombasla (Ukrayna) müqayisəyə gəlməyəcək dərəcədə azlığını vurğulayır. Jurnalist xatırladır ki, Donetskdə cəbhədəki məğlubiyyətə görə qəsdən mülki obyektləri nişan almalar həyata keçirilirdi. Ermənilərə qarşı belə bir hal qeydə alınmadı.

P.Qonsales Ağdərə istiqamətində müharibənin nəticələrinin ağır olduğunu vurğulayıb. O bildirib ki, ərazini Azərbaycanın “Su-25” qırıcı təyyarələri bombalayırdılar. Ancaq heç kəsə sir deyil ki, məhz şəhərin mərkəzində erməni artileriyası var idi. Şəhərin atəşə tutulması da buna görə idi, azərbaycanlılar hərbi hədəfləri nişan alırdılar.

İspan jurnalist üzləşdiyi senzura xarakterli tədbirlərdən də söz açıb. O deyib ki, bizə vurulmuş hərbi texnikanı lentə almağı qadağan edirdilər. “Bunu nəyə görə etməyə qoymurdular, anlamıram. Onsuz da onu vurmuşdular, ona əsasən ərazini də müəyyənləşdirməyin mənası yox idi. Bir dəfə vurduqları pilotsuz uçuş aparatının qalıqlarını gətirdilər, dedilər ki, şəklini çəkmək olmaz. Mən onda dedim ki, yəni düşünürsünüz, azərbaycanlılar istəsələr, sputnikdən ərazinin dəqiq koordinatlarını bilə bilməzlər?”

P.Qonsalesin fikrincə, paytaxt Yerevanda və digər bölgələrdə cəbhədə baş verənlərlə bağlı real məlumat olsaydı, insanlar hakimiyyətə başqa cür addım atmağı diqtə edərdilər. “Bu, jurnalistikanın gücüdür. Ancaq senzura olduğundan, heç nə baş vermədi”.

İspaniyalı jurnalistin fikrincə, ermənilər düşünürdülər ki, 2020-ci ilin yayında Azərbaycan və Ermənistan sərhəddindəki toqquşma tipli məsələ olacaq. Ancaq aydın görünürdü ki, hətta Türkiyə faktorunu kənara qoyulsun, Ermənistan müharibəyə zəif hazırlaşıb.

Qonsales qoşunların təmas xəttinə hələ 2019-cu ildə getdiyini, orada güclü istehkamların qurulduğunu diqqətə çatdırıb. O bildirib ki, həmin istehkamları nəinki dronlar, heç ən ağır artileriya belə dağıda bilməzdi. Jurnalist müharibənin ilk günlərində həmin sədlərin hücumlar qarşısında tab gətirdiyini deyir və əlavə edir ki, bu müqavimətə əsasən hər şeyin qaydasında olduğu barədə rəyin formalaşmışdı. “Ancaq sonradan canlı qüvvə sarıdan çatışmazlıq yarandı”.

İspaniyalı jurnalist hərbi əməliyyatların getdiyi bölgədən bir qədər aralı hissələrə Ermənistandan “qonaqların” gəldiyini deyir. “Onlar bahalı avtomobillərdə gəlir (bəzən Rusiya nömrəli maşınlarda). Hərbi paltarlar geyir, üzlərini rəngləyir, şəkil çəkdirir və yenidən Ermənistana qayıdırdılar”.

Sonda jurnalist bildirir ki, istər Azərbaycanla, istərsə də Ermənistanla yaxşı əlaqələrə malikdir. O, müharibə müddətində münaqişə zonasından onlayn konfranslar təşkil etdiyini, hətta azərbaycanlı ekspertləri də həmin tədbirlərə qoşduğunu deyir. “Mən heç kəsin tərəfində deyildim. Jurnalistlərə necə irad ola bilər ki, Ermənistan özü Qarabağı başqa ölkənin ərazisi kimi qəbul edir?”




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”