USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Robert Koçaryan: Azərbaycan yeni əsirlər tutacaq - "Əgər xalq buna dözürsə, demək biz buna layiqik"


  • Region
  •  13:11 28.01.2021
  •  470
https://img.baki-baku.az/news/2021/01/photo_2631.jpg

Azərbaycan Ermənistandan Qarabağa hərbçilər göndərilməyəcəyinə dair təminat almayınca, əsirləri qaytardıqdan sonra da əsir tutacaq. Qiymətlər belədir. Hakimiyyət də buna gedəcək. Çünki onu burnundan tutub ora-bura aparırlar. "Baki-Baku.az" xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan yerli kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib.

“Mən tam əminliklə hesab edirəm ki, əsir məsələsi həll edilməyənədək heç bir əlaqə olmamalıdır. Bu, digər bütün addımlar üçün şərtə çevrilməlidir. Nəyə görə onlar (hakimiyyət) bunu etmirlər? Bu suala cavab yoxdur”, - deyən Koçaryan diqqəti baş nazir Nikol Paşinyan administrasiyasının hərbi əsirlərlə bağlı məsələnin dövlət sirri olduğunu söyləməsinə yönəldib. “Dövlət sirri nə deməkdir? Sual yaranır: Azərbaycan bilmir ki, nə qədər əsir var? Sirr kimdən saxlanılır? Bizim xalqdan? Dövlət sirri odur ki, onun detalları düşmənə dövlət təhlükəsizliyi baxımdan lazımdır. Bizim hərbi əsirlərin sayını düşmənimiz yaxşı bilir. O zaman hakimiyyət bunu kimdən saxlayır? Dövlət sirri anlayışını kəlləmayallaq ediblər”, - deyə Koçaryan fikrinə aydınlıq gətirib.

Ermənistanın ikinci prezidenti onu da bildirib ki, üçtərəfli sazişədək və ya sazişin gedişində hərbi əsir problemi həllini tapmalıydı: “Ancaq bu adamlar bellərini elə büküblər ki, danışa bilmirlər, əsirlərimiz, dövlət maraqlarımız üçün mübarizə apara bilmirlər. Heç bilməyəcəklər də. O psixoloji durumda deyillər. Çox aşağı eniblər. Əgər xalq buna dözürsə, demək biz buna layiqik”.

R.Koçaryan eyni zamanda bu fikirdədir ki, Azərbaycan əsirləri Qarabağ ordusunun artmasının qarşısını almaq üçün qaytarmır. “Baki deyir ki, 9 noyabrdan sonra əsir düşənlər hərbi əsir sayıla bilməzlər. Əsirləri saxlamaq yaxşı iş deyil. Sən hər zaman təzyiqdə olursan. Əminəm ki, Əliyev də əsir məsələsinə görə daimi təzyiqdədir. Onun əsirləri saxlamasının konkret səbəbi var. Əsirlər Artsax dövlətçiliyinin qalıqlarının məhv edilməsi vasitəsidir. Erməni əsirləri geri qaytardıqdan sonra Azərbaycan yenə də əsir tutacaq. O vaxta qədər ki, Yerevan Ermənistandan Qarabağa hərbçilər göndərilməməsi barədə təminat verməyəək. Qiymətlər belədir”, - deyə Koçaryan vurğulayıb




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası