USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AŞPA-dan Bakı və Yerevana Qarabağla bağlı ÇAĞIRIŞ


  • Region
  •  13:03 26.01.2021
  •  318
https://img.baki-baku.az/news/2021/01/photo_2582.jpg

Azərbaycan və Ermənistan siyasi dialoqa və üçtərəfli bəyanatın reallaşmasına maneçilik törədən ritorikadan uzaq durmalıdır. "Baki-Baku.az" TASS-a istinadən xəbər verir ki, bu fikirlər Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin 2020-ci il hesabat əsasında qəbul edilmiş qətnamədə yer alıb. 

Qətnamədə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolu vurğulanıb. Bakı ilə Yereva tez bir zamanda üçtərəfli razılıqda nəzərdə tutulan humanitar məsələlərin yerinə yetirilməsinə çağırılıb.

AŞPA-nın sənədində həmçinin tərəflərə hərbi əsirlərin mübadiləsinə başlamaq, mədəni irsə hörmətlə yanaşmaq, siyasi dialoqa mane olan ritorikadan uzaq dayanmaq tövsiyəsi yer alıb. 

Bundan başqa AŞPA qətnaməsində Qarabağ müharibəsində humanitar hüququn normalarının, insan hüquqlarının pozulmasından ciddi narahatlıq keçirdiyini açıqlayıb. Habelə qurumda narahatlıq doğuran məsələlər kimi dini abidələrə və obyektlərə, xüsusi mülkiyyətə zərər vurulması göstərilib və bildirilib ki, belə hallar tam şəkildə araşdırılmalı, istənilən pozuntu faktları aradan qaldırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü