USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni deputat: "Ermənistan parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməlidir"


  • Region
  •  14:42 20.01.2021
  •  357
https://img.baki-baku.az/news/2021/01/photo_2516.jpg?v=MjAyMS0wMS0yMCAxNToxODoxOA==

Ermənistan parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməlidir. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, belə bir fikri Ermənistan parlamentinin deputatı Arman Babacanyan ali qanunverici orqanın bu gün keçirilmiş iclasındakı çıxışında dilə gətirib. O, bu addımın dünya erməniliyinə bölgənin taleyinə dair mesaj olacağı qənaətindədir. 

A.Babacanyan bildirib ki, Rusiya Qarabağın müstəqilliyini tanımaq niyyətində olmadığını bəyan etdi və münaqişənin həllində ATƏT-in Minsk Qrupu formatına üstünlük verdi. Ermənitsan isə mövcud durumda xaricdən siqnallar gözləyir, halbuki bəzi məsələləri dəqiqləşdirmək lazımdır.

Deputat Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ adlı ölkənin mövcud olmadığını bildirməsini xatırladıb. O, Rusiyanın da bu mövqe ilə razılaşdığını deyib. ATƏT-in Minsk Qrupu isə Qarabağın statusu ilə əlaqədar özünün baxışını ortaya qoyduğuna dair heç bir siqnal vermir. "Qeyri-müəyyənlik parçalayıcı mahiyyət daşıyır, davam edə bilməz", - deyən Babacanyan vurğulayıb ki, Ermənistan parlamenti qətnamə qəbul etsə, bu, ən azından dünya erməniliyinə Qarabağın gələcəyi ilə bağlı mesaj olacaq. 

Hazırkı durumla bağlı söz açan deputat suallarını səsləndirib: "Dağlıq Qarabağın yekun statusu ilə bağlı bizim fikrimiz nədir? Biz özümüzü Qarabağın təhlükəsizliyinin təminatçısı sayırıqmı? Hələ ki heç kəs bəyan etməyib ki, biz daha bu öhdəlikləri yerinə yetirmirik"

A.Babacanyan diqqəti Azərbaycan ictimaiyyətini də düşündürən məsələlər üzərinə gətirib. O, Qarabağdakı ermənilərin orada hansı statusla yaşayacağının, hansı pasportları daşıyacağının, bölgədəki mülkiyyətin və sərmayenin təhlükəsizliyinə kimin təminat verəcəyinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. "Biz çox vacib suala cavab verməliyik: Ermənistan üzərinə siyasi məsuliyyət götürməyə hazırdırmı?", - deyə erməni deputat parlamentarilərə sual ünvanlayıb. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi