USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov - Erməni rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi gərginlik yaradır


  • Region
  •  15:12 18.01.2021
  •  278
https://img.baki-baku.az/news/2021/01/photo_2480.jpg

“Erməni rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi yəqin ki, gərginlik yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin sualına cavabında deyib.

Rusiyalı naziri bildirib ki, biz artıq 44 günlük müharibə başlanana qədər bu cür bəyanatların şahidi olmuşuq: “Biz Qarabağdan və ya Qarabağ haqqında “Yeni müharibə, yeni ərazilər” kimi emosional bəyanatların şahidi olmuşuq. Şahidi olmuşuq ki, sözlər material qüvvəyə çevrilir. Biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına diqqət yönəldirik. Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərdən biri idi. Ümid edirəm ki, emosiyalar indi ikinci plana keçirilməlidir. İndi həm də Dağlıq Qarabağın statusunun prioritet məsələ kimi irəli sürülməsi üçün uyğun vaxt deyil. Sizə zəmanət verirəm ki, Rusiya sülhməramlılarının cavabdehlik daşıdığı zona, praktiki planda məhz Dağlıq Qarabağın statusu hazırda bu cür müəyyən olunub. Bu forma həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını təmin edəcək”.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası