USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan ombudsmanı Azərbaycandakı erməni əsirlərlə bağlı ATƏT-in Minsk Qrupuna müraciət edib


  • Region
  •  14:14 18.01.2021
  •  316
https://img.baki-baku.az/news/2021/01/photo_2477.jpg?v=MjAyMS0wMS0xOCAxNDoyNDozMA==

Ermənistan ombudsmanı Arman Tatoyan ATƏT-in Minsk Qrupunun üzvlərinə və ATƏT-in hazırda fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspişkə müraciət edərək Azərbaycanda olan əsirlərin geri qaytarılmasına kömək göstərməyə çağırıb. "Baki-Baku.az" xəbər verir ki, bu barədə erməni ombudsman özünün facebook səhifəsində yazıb.  

Müraciətdə bildirilib ki, əsirlərin qaytarılması insan hüquqları və humanitar proses çərçivəsində baxılmalı məsələdir. 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu gün hərbi əsirlərin və digər saxlanılan şəxslərin dəyişdirilməsi məsələsindən söz açıb. O bildirib ki, Azərbaycan 62 hərbçinin 10 noyabr sazişindən sonra əsir götürüldüyünü iddia edir və buna ayrıca baxmağı təklif edir.

Rusiya XİN rəhbəri onu da bildirib ki, Azərbaycan özündəki əsirlərin siyahısı təqdim edib. Ermənistan isə tam siyahını hələlik təqdim etməyib. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi