USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Putin və Ərdoğan arasında Qarabağla bağlı növbəti MÜZAKİRƏ


https://img.baki-baku.az/news/2021/01/photo_2435.jpg

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.

Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, bu məsələyə dair fəaliyyətində, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından Rusiya və Türkiyə arasında koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.

Prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını da müzakirə ediblər. Onlar mərkəzin bəzi aspektlərinə xüsusi olaraq toxunulub.

Liderlər qarşılıqlı ticarət əlaqələrinin artırılması, mühüm istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin vaksinin birgə istehsalı və tətbiq olunması planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə məsələlərinə də diqqət ayırıblar.




Redaktorun seçimi

2021-ci ilin qlobal riskləri açıqlandı -  PROQNOZ
  • İqtisadi təhlil
  • 13:44 05.01.2021
2021-ci ilin qlobal riskləri açıqlandı - PROQNOZ

Dağlıq Qarabağ