USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mövlud Çavuşoğludan mühüm mesajlar - Regionda bizim iştirakımız olmadan... Azərbaycanın qəbul edəcəyi nəticə qəbulumuzdur


  • Region
  •  13:40 24.11.2020
  •  316
https://img.baki-baku.az/news/2020/11/photo_1846.jpg

“Təəssüflər olsun ki, bölgəmizdəki ixtilaflar durulmur. Bunun son nümunəsi bir qayda olaraq “dondurulmuş” olaraq qiymətləndirilən Dağlıq Qarabağ münaqişəsinin alovlanması oldu”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

“Hər şeydən əvvəl Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin dediyi kimi biz Azərbaycanla bir millət, iki dövlətik. Atatürkün vurğuladığı kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Cənab Prezidentimiz də Bəxtiyar Vahabzadənin o gözəl sözləri ilə “bir ananın iki oğlu, bir amalın iki qolu, o da ulu, bu da ulu, Azərbaycan-Türkiyə” deyib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də “Türkiyə ilə bizim qardaşlığımız əbədidir. Türkiyə ilə Azerbaycan arasında əlaqələr dünya ölkələri üçün nümunə olmalıdır. Biz müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq” deyib. Can Azərbaycana verdiyimiz dəstəyin arxasında, sadəcə bu münasibətimiz deyil, Azərbaycanın beynəlxalq hüquqa görə haqlı və 30 ildir torpaqları işğal altında olduğu üçün haqsızlığa məruz qalan tərəf olması dayanır. Münaqişənin əvvəlindən etibarən gərgin bir diplomatik səfərbərlik elan etdik. Təmaslarımızda bütün dünyaya Ermənistanın PKK/PYD/YPG terrorçularını Dağlıq Qarabağda yerləşdirdiyini, ermənilərin mülki əhalini qəsdən hədəf aldıqlarını göstərdik. Bu ölkənin Türkiyə əleyhinə apardığı qara propagandanı da göz önünə sərdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupunun 30 ildir davam edən ətaləti qarşısında Türkiyə Azərbaycanın haqlı mübarizəsini beynəlxalq planda ləyaqətlə müdafiə etmək üçün proseslərə qoşulub: “Başda cənab Prezidentimiz olmaqla, mənim və Türkiyə XİN-in həyata keçirdiyi təmaslarda həmsöhbətlərimizə həqiqətləri söylədik. Ermənistan onsuz da münaqişənin diplomatik həll yoxdur dedi. Nəticədə Azərbaycan liderliyi və qəhrəman Ordusu ilə döyüş meydanında qazandığı qələbə ilə 30 illik status-kvonu dəyişdirməyi bacardı. Ermənistan də meydanda təslim olmaq məcburiyyətində qaldı. Son vaxtlar Azərbaycan tərəfi ilə hər səviyyədə yaxın məsləhətləşmələr apardıq. Cənab prezidentlərimizin təmaslarına əlavə olaraq mən və milli müdafiə nazirimiz dəfələrlə Bakıya getdik. Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik. Azərbaycanın qəbul edəcəyi hər nəticənin bizim qəbulumuz olduğunu söylədik”.

“9 noyabr gecəsi Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə bəyanatla atəşkəs rejimi elan etdilər. Sizlər də gördünüz, bəyanat Azərbaycan xalqı tərəfindən coşqu ilə qarşılandı”, - deyən M.Çavuşoğlu üçtərəfli birgə bəyanatı dəstəklədiklərini vurğulayıb.

“Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu bəyanatla bir daha təsdiq edildi. İkincisi, Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını geri alır. Torpaqların bir qismini əks-həmlə əməliyyatı ilə aldı, bir qismini isə razılaşma çərçivəsində geri alır. Üçüncüsü, işğal altındakı Azərbaycan torpaqlarından çıxmaq məcburiyyətində qalan qardaşlarımız evlərinə geri qayıda biləcək. Dördüncüsü, Naxçıvanla Azərbaycan arasında əlaqələr qurulacaq. Biz də Azərbaycanın tələbi əsasında bu atəşkəsin və anlaşmanın icra olunmasına nəzarət etmək məqsədilə meydanda olacağıq. Bu məqsədlə parlamentimiz tərəfindən müvafiq qərar qəbul edilib. Bunun üçün üçtərəfli bəyanatın 5-ci maddəsinə əsasən atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması məqsədilə 11 noyabrda Rusiya ilə ayrıca memorandum imzaladıq. Anlaşmanın orta və uzun müddətdə bütün bölgənin və bu çərçivədə Ermənistanın da xeyrinə olacağına inanırıq. Sülh və sabitlikdən hər kəsin faydalanmasını istəyirik. Ölkəmiz 30 illik münaqişədə bu şəkildə tarixi bir inkişafın təmin edilməsində mərkəzi rol oynayıb. Regionda bizim iştirakımız olmadan oyun qurulmayacağını, sülh və sabitliyin yolunun Türkiyədən keçdiyini dost da, düşmən də bir daha gördü. Bundan sonra da qardaş Azərbaycanın haqlı davasını dəstəkləməyə davam edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları