USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qondarma “Arsaxla” həmrəylik - Deputat Fransanı həmsədrlikdən uzaqlaşmağa çağırıb


  • Region
  •  13:07 20.11.2020
  •  352
https://img.baki-baku.az/news/2020/11/photo_1812.jpg?v=MjAyMC0xMS0yMCAxMzoxMToxNA==

Hərbi əməliyyatların aktiv fazası dövründə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüş keçirib və bu səfəri Fransanın qondarma “Arsaxla” həmrəyliyinin göstəricisi kimi qələmə veriblər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, yuxarıda qeyd olunan addımlar və bəyanatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və beynəlxalq hüquq, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquq, BMT nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına ziddir.

Deputat vurğulayıb ki, həmsədrlərin 23 mart 1995-ci il tarixində qəbul edilmiş mandatına əsasən, Fransa öz fəaliyyətində ATƏT-in norma və prinsiplərini, BMT-nin Nizamnaməsini, ATƏT çərçivəsində qəbul olunmuş qərarları, o cümlədən ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarlarını və xüsusilə Budapeşt zirvə görüşünün Qərarını və müvafiq qaydada BMT Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutmalıdır:

“Fransa tərəfindən beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ikitərəfli hüquqi çərçivənin pozulması və vasitəçiliyin prinsip və qaydalarının heçə sayılması hətta ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqeyinin ifadə edildiyini nəzərə alaraq təklif edirəm ki, Fransaya vasitəçi olaraq etimadsızlığı bəyan edək və Fransa ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi razılığı geri götürsün. Bir sözlə Azərbaycan Fransa ilə bu qisimdə hər hansı bir təmasdan imtina etməlidir.

Şəhidlərimizin qanı bahasına başa gələn Qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilməz. Fransanın cəhdləri yolverilməzdir”.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası