USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Karen Şahnazarov: Qarabağ heç vaxt Ermənistanın bir hissəsi olmayıb İşğalın əbədiliyi illüziyası Ermənistanı pis vəziyyətdə qoydu


  • Region
  •  18:40 06.11.2020
  •  530
https://img.baki-baku.az/news/2020/11/photo_1673.jpg

Azərbaycan və Ermənistan gələcəkdə Qarabağda qisas imkanını istisna edəcək sülh müqavilə imzalamalıdır. Bunu rusiyalı erməni əsilli tanınmış kinorejissor, "Mosfilm"in direktoru Karen Şahnazarov deyib. “Nəticədə, tərəflər hansısa kompromis tapmalıdırlar, elə sülh bağlamalıdırlar ki, gələcəkdə qisas tələb etməsinlər. Hər iki tərəf üçün məqbul kompromis tapmaq lazımdır ki, onlara sərhədləri açmağa, yəgin ki, uzun yox, hansısa dövr ərzində əməkdaşlıq etməyə imkan yaratsın, zaman hər şeyin dərmanıdır (...) Axı ilk dəfə deyil, bu cür hadisələr baş verir. Ötən əsrin 20-ci illərində hadisələr baş verdi, amma sonra ermənilər və azərbaycanlılar Azərbaycanda normal yaşayırdılar, mənim atam Bakıda anadan olub. Buna görə düşünürəm ki, hər hansı prinsipial güzəşt axtarmaq lazımdır. Lakin, əfsuslar olsun ki, indi müşahidə etdiyim budur ki, itkilərin sayı çox olduqca, kompromis tapmaq bir o qədər çətindir”, - Şahnazarov Rusiyanın “Den TV” telekanalının efirində bildirib.

K.Şahnazarov Azərbaycanın ərazi bütövlüyü problemi mövcuddur. İşğalın əbədi davam edə biləcəyinə dair illüziya Ermənistan rəhbərliyini pis vəziyyətdə qoydu. Aydın idi ki, gec və ya tez zamanda, əlbəttə ki, maliyyə imkanlarına malik olan azərbaycanlılar ərazi bütövlüyünü bərpa edəcəklər. Eyni zamanda, o vurğulayıb ki, Ermənistanın hələ 20 il əvvəl bu münaqişəni sülh yolu ilə həll etmək üçün şansı vardı. Kinorejissor bu yaxınlarda Ermənistanın ilk prezidenti cənab Ter-Petrosyanın bir il öncə BBC telekanalna verdiyi müsahibəsini izlədiyini bildirib və deyib ki, erməni ictimaiyyəti ona əhəmiyyət verməyib.  Həmin müsahibədə bildirilirdi ki, 1997-ci ildə saziş demək olar, hazır idi. Bu sənədə əsasən Azərbaycanın qədim və təhlükəsizlik zonaları olan 7 rayonu Azərbaycana verilirdi və erməni əhalisi üçün bir müddət üçün hansısa status nəzərdə tutulurdu. Görünür, bu status da azərbaycanlıları qane edirdi. Lakin, Ter-Petrosyanın qeyd etdiyi kimi, bu baş vermədi, çünki Qarabağ-Ermənistan rəhbərliyi etiraz etdi.

K.Şahnazarov Ermənistan tərəfinin son hərbi toqquşmalardan əvvəl kompromisə gəlməli olduğunu vurğulayıb. O əlavə edib ki, Qarabağda Ermənistandan ayrı yaşayan ermənilərin tarixi subetnosu formalaşıb. “Zənnimcə, Qarabağda böyüyən spesifik ermənilər subetnosu var ki, yeri gəlmişkən, onlar heç zaman Ermənistanın bir hissəsi olmayıblar”, - dəfələrlə qıpçaq əsilli olduğunu qeyd edən Şahnazarov vurğulayıb.

Kinorejissor həmçinin münaqişəni sülh yolu həll etməyə çalışan Rusiyanın eyni zamanda hərbi toqquşmalarda iştirak edə bilməyəcəyini vurğulayıb: “İndi Rusiyanın nə dərəcədə təsir edəcəyini demək çətindir, çünki Rusiyanın imkanları Sovet İttifaqının imkanları qədər deyil. Rusiya Federasiyası Qarabağ münaqişəsinə birbaşa müdaxilə edə bilməz”.

interfax.az




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”