USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Monolit tarix (MÖVQE)


  • Region
  •  11:33 26.10.2020
  •  385
https://img.baki-baku.az/news/2020/10/photo_1541.jpg?v=MjAyMC0xMC0yNiAxMTo0MjoyMQ==

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin mətin rəhbərliyi altında rəşadətli ordumuz silinməz, monolit tariximizi yazır.

Bir aya yaxındır ki, erməni vandallığının, Ermənistanın xain, insaniyyətdən bixəbər, siyasi baxımdan kor olan, xarici qüvvələrin köməyindən istifadə edən rəhbərliyinin fitnəkarlığı nəticəsində Azərbaycanın işğal edilmiş əzəli və ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ətraf rayonların azad olunması istiqamətində qızğın döyüşlər gedir. Bu il sentyabr ayının 27-də səhər saatlarında azğınlaşmış erməni hərbi birləşmələri atəşkəsi pozaraq işğal olunmuş Füzuli-Cəbrayıl istiqamətindən dinc yaşayış yerlərimizi, mülki vətəndaşlarımızı ağır texnikadan atəşə tutmuş, növbəti hərbi təxribata əl atmışlar. Həmin andan ordumuzun əks-hücuma keçməsinə qərar verilmişdir.

Müzəffər ordumuz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir sahəyə - siyasətə, iqtisadiyyata, elmə, təhsilə, mədəniyyətə, hərbi quruculuğa və s. inamla nüfuz etməsi, qətiyyət göstərməsi, xalqına və rəşadətli əsgərlərimizə dayaq olması nəticəsində ordumuz hər gün qələbə müjdələri ilə bizi sevindirir.

Bəli Vətən müharibəsində şücaət göstərən şanlı ordumuz Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərini və onların onlarca kəndini, eyni zamanda Qubadlı rayonunun bir neçə kəndini işğaldan azad edib. Murdar düşmənin böyük sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib, əsir və qənimət kimi götürülüb.

30 il yağı düşmənin tapdağı altında qalan torpaqlarımızın azad edilməsinin zəruriliyini və dünya birliyinin, beynəlxalq təşkilatların bu qlobal problemə birtərəfli yanaşmalarını, quldur, faşist ermənilərin xaricdəki “ağalarına” arxalanaraq özlərini daha da sərbəst apararaq işğal etdikləri müqəddəs şəhərlərimizdə şənliklər keçirmələrinin, erməni həyasızlıqlarını nümayiş etdirmələrinin, ən əsası isə torpaqlarımızın bundan sonra işğalda qalmasının mümkünsüzlüyünü dərk edən Ali insan, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın birliyinə, ordumuzun monolitliyinə, gücünə inanaraq ərazilərimizin qaytarılması qərarını vermişdir.

Möhtərəm Prezidentimizin bu tarixi qərarından dərhal sonra ordumuz qələbə səhifələrini yazmağa başladı. Hər gün cəbhə bölgəsindən xoş xəbərlər gəlir. Bu xəbərlər adını artıq tarixə qızıl hərflərlə yazdıran Prezidentimiz İlham Əliyevin “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır!,Biz Qarabağı azad edəcəyik”, “Torpaqlarımızın sahibi olacağıq” kimi deyimlərini bir daha canlandırır, təsdiq edir. İşğalçı ermənilər torpaqlarımızdan qovulur, ərazilərimiz bərpa olunur.

Dağlıq Qarabağın, ümumiyyətlə, işğal altında olan bütün torpaqlarımızın azad olunması istiqamətində qətiyyətli Ali Baş Komandanımız İlham Əliyevin, rəşadətli ordumuzun uğurlu fəaliyyəti nəticəsində, inşaAllah, faşist erməni hərbi birləşmələri ərazilərimizdən tamam qovulacaqdır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev hər birimizin qəlbində yer alıb. Hamı öz Prezidentinə, Ali Baş Komandanına, xalqımıza firavan dünya bəxş edən Ali İnsana – İlham Əliyevə minnətdardır.

Tanrı Azərbaycan xalqının dayağı, ölkə Prezidenti, Ali Baş Komandan, böyük sərkərdə, İlham Əliyevi, müzəffər ordumuz və onlara dəstək olan bütün insanları, o cümlədən vaxtaşırı dəyərli paylaşımları ilə gündəmdə olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanı qorusun.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Ənvər Məşədiyev,
 “Bakı” və “Baku” qəzetləri redaktorunun müavini




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev