USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sarkisyandan Paşinyana ittiham: "Mənim xələfim bizim uğurla getdiyimiz yol ilə getmədi"

"Mən qəti olaraq inanıram ki, Əliyevlə birbaşa danışıqlar böyük səhvdir. Sadə bir səbəbə görə - Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razı olmayacaq


  • Region
  •  11:45 21.10.2020
  •  435
https://img.baki-baku.az/news/2020/10/photo_1486.jpg?v=MjAyMC0xMC0yMSAxMjoxNjo0NA==

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini nüfuzlu "İndependent" nəşrinə bölüşüb. "Baki-Baku.az" xəbər verir ki, o, bir erməni kimi müharibəyə görə Azərbaycan hakimiyyətini üzərinə ittihamlar yağdırsa da, sətiraltı şəkildə Ermənistanın hazırkı rəhbərliyini də fərsizlikdə ittiham edib. 

"Mənim xələfim bizim uğurla getdiyimiz yol ilə getmədi və qərara aldı ki, özünün ifadə etdiyi kimi, danışıqlara öz prizmasından başlasın", - deyə Sarkisyan vurğulayıb. 

Ermənistanın keçmiş prezidenti özünün indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xidmətlərini qabardaraq deyib ki, konflikt heç vaxt dondurulmuş olmayıb. Onun adminstrasiyası Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin edə bilmişdi. Azərbaycan isə illər ərzində kiçik miqyasda hücumlar edirdi. "Münaqişə bu illər ərzində inamın olmaması səbəbindən həll edilmədi. Mən qəti olaraq inanıram ki, Əliyevlə (Azərbaycan Prezidenti cənab İlham Əlieyev nəzərdə tutulur) birbaşa danışıqlar böyük səhvdir. Sadə bir səbəbə görə - Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razı olmayacaq", - deyən Sarkisyan fikrinə aydınlıq gətirib. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi