USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran İnqilab Keşikçiləri Korpusunun generalı: “Ermənistan Qarabağı işğal edib və dərhal bu torpaqlardan çıxmalıdır”


  • Region
  •  15:06 13.10.2020
  •  385
https://img.baki-baku.az/news/2020/10/photo_1384.jpg

İran İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə sözçüsü, general Yadullah Cavani Qarabağda gedən müharibə ilə bağlı sərt bəyanatla çıxış edib. Virtualaz.org xəbər verir ki, general Cavaninin bəyanatından türk mənbələri sitat gətirir.

“Qarabağ Azərbaycanın ərazisidir. Ermənistan Qarabağı işğal edib və bu torpaqları dərhal tərk etməlidir”,-general bildirib.

Yadullah Cavani xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri də Qarabağın Ermənistan tərəfindən işğal edildiyini təsdiq edir, həmin qətnamələrdə işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu göstərilir.

“Tarixi sənədlər də Qarabağ torpaqlarının Azərbaycan cümhuriyyətinə və onun müsəlman əhalisinə məxsus olduğunu sübut edir. Şübhəsiz ki, bu bölgədəki ixtilaf və döyüşlərin sona çatması üçün bölgəni işğal edən dövlətin oradan çəkilməsi tələb olunmalıdır”,-general Cavani vurğulayıb.

General İranın keçmişdə Qarabağdakı roluna da toxunaraq deyib ki, Azərbaycan və Ermənistan İslam Respublikasının bu məsələdəki fəaliyyətlərindən xəbərdardır.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası