USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xalq yazıçısı Çingiz Abdullayev Vladimir Solovyovun verilişində - Rusiya rəhbərliyi Dağlıq Qarabağda əcnəbilərin kimlərdən ibarət olduğunu aydınlaşdırsın


  • Region
  •  15:48 08.10.2020
  •  618
https://img.baki-baku.az/news/2020/10/photo_1334.jpg

Azərbaycan Dağlıq Qarabağın tamamilə azad edilməsinə çalışır, çünki bu torpaq heç vaxt ermənilərə məxsus olmayıb. Virtualaz.org bildirir ki, bunu Azərbaycan yazıçısı Çingiz Abdullayev "Rossiya 1" telekanalında Vladimir Solovyovun verilişinin efirində deyib. O vurğulayıb ki, “Qarabağ-Ermənistandır” yalan bəyanatdır.

"Bizim üç ölkədən heç biri, nə də dünyanın istənilən digər ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır", – deyə Ç.Abdullayev bildirib.

Çingiz Abdullayev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın öhdəliklərinin tanınmamış Qarabağa şamil edilmədiyini bildirib. Ona görə də Ermənistan Rusiyadan hərbi yardım almayacaq.

"Rusiya tərəfi bu məsələyə nöqtə qoydu", – deyə Azərbaycanın xalq yazıçısı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Dağlıq Qarabağın əvvəllər 800 mindən artıq insanın yaşadığı rayonlarını azad etməyə çalışır.

"Azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar", – deyə o qeyd edib.

Yazıçı əlavə edib ki, Azərbaycan Prezidenti İlham əliyev Dağlıq Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması qrafikini, sülh dialoquna başlamaq üçün, Ermənistana təklif edib. Bundan başqa, o, bəyan edib ki, Azərbaycan və erməni əhalisi yüz illər bundan əvvəl olduğu kimi, dostluq şəraitində yaşamalıdır. Amma Ermənistanın baş naziri Nikol Paşinyan danışıqları daim pozur.

Çingiz Abdullayev xatırladıb ki, prezident Levon Ter-Petrosyan Qarabağla bağlı danışıqlara gedirdi, amma Qarabağ mafiyası onu devirdi. Bir ildən sonra Ermənistanda parlament seçkisi keçirildi və orada Karen Dəmirçyanın partiyası qalib gəldi. Onlar da danışıqlara getməyə hazır idilər. Erməni terrorçuları parlamentə soxuldular, Dəmirçyanı və baş nazir Sarkisyanı güllələdilər.

"Danışıqlar yenidən pozuldu. Niyə sizin proqramda bu barədə xatırlamırlar?" – deyə  Ç.Abdullayev sual verib.

Nə üçün heç kəs demir ki, Bakıda 30 min erməni yaşayır, Ermənistanda isə bir nəfər də azərbaycanlı yoxdur: "Biz beynəlmiləl respublikayıq, bizdə 150 min rus, gürcü yaşayır. Ermənistan isə monorespublikadır. Heç kəs başa düşmək istəmir ki, bu yeddi rayonda ermənilər heç vaxt yaşamamışlar. Bu gün danışdığımız əsas məsələ torpaqlarımızın azad olunmasıdır".

Yazıçı Suriya yaraqlılarının münaqişədə iştirak etmək üçün Dağlıq Qarabağa atılması ilə bağlı təxribatçı bəyanatları da təkzib edib.

Onun fikrincə, onlar Suriyada ələvi və şiələrə qarşı mübarizə aparan radikal sünni təşkilatlarına mənsubdurlar. "Azərbaycan əhalisi isə əsasən şiələrdən ibarətdir, buna görə də onları buraya buraxmazdılar. Qırğın başlayardı", - deyə o vurğulayıb.

"Ölkəmizin tarixində heç vaxt sünnilərlə şiələr arasında toqquşma olmayıb", – deyə Abdullayev bildirib.

Yazıçı Rusiya rəhbərliyinə təklif edib ki, Dağlıq Qarabağın ərazisində əcnəbilərin kimlərdən ibarət olduğunu aydınlaşdırsın.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”