USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Afət Həsənova: “İslahatlar biznes sektorundan da yan ötmədi”

"Bunun uğurlu nəticələrini öz fəaliyyətimizdə hiss edirik"


https://img.baki-baku.az/news/2022/04/photo_6859.jpg?v=MjAyMi0wNC0yNSAxMTo0ODozNQ==

Prezident İlham Əliyevin 2022-ci ilin aprelində imzaladığı sərəncamla hər il aprel ayının 25-də Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Qeyd edək ki, son illər Azərbaycanda özəl sektorun inkişafı istiqamətində mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı yönündə həyata keçirilən köklü islahatlar, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, sənaye və texnologiya parklarının, eləcə də sənaye məhəllələrinin yaradılması, yerli istehsalın subsidiyalar hesabına dəstəklənməsi, ixracın və investisiyanın təşviqi və dəstəklənməsinə yönəlik addımlar, sosial sahibklarlığın inkişafı istiqamətində görülən işlər və s. bu qəbildəndir. 

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, "Kontinental" şirkətinin təsisçisi  Afət Həsənova bu və digər mövzular ətrafında danışıb.

- Afət xanım, 2022-ci ildən etibarən hər il aprel ayının 25-də Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Sizcə, özəl sektorun inkişafı istiqamətində atılan addımlar yetərli sayıla bilərmi?

- İlk növbədə, fürsətdən istifadə edərək, Sahibkarlar Günü münasibətilə bütün iş adamlarını təbrik edirəm. Məlum olduğu kimi, 2018-ci ilin son prezident seçkilərindən sonra cənab Prezident İlham Əliyev inaqurasiya çıxışı zamanı bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Ötən dörd il ərzində ölkəboyu kompleks və instusional islahatlar həyata keçirildi. Bu islahatlar hakimiyyətin bütün qollarını - icraedici, qanunverici, məhkəmə sahələri ilə yanaşı, bütün təbəqələri əhatə etdi. Elə bir sahə yoxdur ki, islahatlar prosesindən kənarda qalsın. Bu islahatların mahiyyətində isə dövlət-vətəndaş münasibətlərinin yüksəldilməsi, idarəçiliyə yeni nəfəs gətirilməsi, şəffaflığın təmin edilməsi, o cümlədən sahibkarlığın inkişafı yer alır. Etiraf etmək lazımdır ki, buna qədər bir çox hallarda iş adamları rəsmiyyətdən mümkün qədər kənar dayanmağa, bu yolla özlərini mümkün risklərdən sığortalama çalışırdılar. Məhz bu islahatların nəticəsi olaraq artıq əksər sahibbkarlar rəsmiyyətə, şəffaflığa önəm verməyə başlayılar. Biznes üçün "qara hesabatlılıq" dövrü artıq tarixə qovuşmaq üzrədir. Bunun da əsas səbəbi odur ki, iş adamları artıq anlayır ki, rəsmiyyət və hesabatlılıq onların qarşısında geniş imkanlar açır. Mövcud şəraitdə məhz bu qaydalarla çalışan şirkətlərin daha çox əməliyyatlar aparmaq, layihələr həyata keçirmək, eyni zamanda beynəlxalq bazara çıxış imkanları mövcuddur.

Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, əksər dövlət qurumlarının holdinqin idarəçiliyinə verilməsi, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin yenidən uzadılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, yerli istehsalın rolunun əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artması, habelə sahibkarlara dövlət dəstəyinin çoxalması keyfiyyətcə yeni mərhələyə qədəm qoymağımızı şərtləndirir. 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra işğaldan azad etdiyimiz torpaqlarımızın, hansı ki, düşmən o əraziləri xarabalığa çevirib, yenidən qurulması prosesinə start verilməsi xarici investorların ölkəmizə marağını artırıb. Əminliklə söyləmək olar ki, Azərbaycanda biznes yaratmaq, inkişaf etdirmək üçün münbit şərait var və bütün bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz zəhmətinin nəticəsidir.

Burada haşiyəyə çıxaraq bildirim ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən praqmatik siyasət mərhələli həll yolunu özündə ehtiva edir və bunun uğurlu nəticələrini hər birimiz öz gündəlik həyatımızda hiss edirik. Misal üçün, Ermənistan işğal dövründə bütün regional layihələrdən kənarda qaldı, ermənilər sosial problemlər üzündən kütləvi şəkildə mühacirətə üz tutdular, biz isə iqtisadi və hərbi qüdrətimizi artırır, bununla gələcək qələbəmiz üçün zəmin hazırlayırdıq. Nəticədə bu gün Ermənistan həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan məğlub durumdadır. Azərbaycan isə qalib, məğrur və qüdrətli bir ölkədir. Dünyada təlatümlərin artdığı, regionumuzun da bundan təsirləndiyi heç kimə sirr deyil. Belə bir gərgin qlobal şəraitdə bütün bu uğurlara nail olmaq bir daha göstərir ki, Azərbaycan və onun rəhbəri çox düzgün yoldadır. 

- Qadın sahibkarlığının inkişafı istiqamətində atılan addımlar necə, qənaətbəxş sayıla bilərmi?

- Qadınların özəl ektorda fəallığının artırılması dünyanın 193 ölkəsini öz ətrafında birləşdirən Birləşmiş Millətlər Təşkilatının (BMT) dayanıqlı inkişaf məqsədlərinin 17 hədəfindən biridir. Son 20 ildə isə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artımı göz önündədir. Xanımların sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir. Cinsindən, miliyyətindən, dinindən, irqindən asılı olmayaraq, Azərbaycanda bütün vətəndaşlara bərabər imkanlar yaradılıb və bundan xanım sahibkarlar da yetərincə faydalana bilirlər. Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılıb: əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olan xanımlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirlir.

- Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvüsünüz. Bu qurumun fəaliyyəti hazırda nə yerdədir?

- Azərbaycan hökumətinin bilavasitə dəstəyilə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən sahibkarların assosiativ birlikləri yaranır. Bu birliklər sahibkarlar arasında qarşılıqlı və faydalı əlaqəni təmin etməklə yanaşı, onların inkişafına, birgə fəaliyyətinə, hüquqlarının qorunmasına, dövlət orqanları ilə peşəkar təmaslarına zəmin yaradır. Belə qurumlarda biri də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasıdır. AQSİA yüzlərlə xanım sahibkarı öz ətrafında toplaya bilib və xanım iş adamları ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində, paytaxtda və regionlarda qadınların məşğulluğunun artırılmasında, onların biznesə təşviq olunmasında, qarşılıqlı təcrübə mübadiləsində, beynəlxalq əlaqələrin qurulmasında mühüm addımlar atıb. Eyni zamanda vətənpərvər, xalqını, dövlətini və millətini sevən xanımları bir araya gətirən platforma olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasətinə fəal dəstək nümayiş etdirir. Hazırda AQSİA-nın fəaliyyəti uğurla davam etdirilir və regionlarda xanımlarımızın biznesə təşviqi istiqamətində müəyyən layihələr həyata keçiririk. 

- Qərbin Rusiyaya qarşı ağır sanksiyaları, Rusiya-Ukrayna müharibəsi sizcə, Azərbaycan iqtisadiyyatı üçün hansı "sürpizlər" vəd edir?

- Mən bu barədə nikbinəm. Təbii ki, dünya iqtisadiyyatı inteqrasiya olunmuş iqtisadiyyatdır. Yəni, elə bir dövlət yoxdur ki, öz iqtisadiyyatını dünya iqtisadiyyatından təcrid etsin. Bu münasibətlər hər hansı bir dövrdə, hər hansı bir şəraitdə müharibələr və sanksiyalarla zərbə görürsə, bu tək həmin dövlətlərin özlərinə yox, iqtisadi münasibətdə olduqları digər ölkələrin iqtisadi vəziyyətinə də təsirsiz ötüşmür. Bu mənada müəyyən təsirlər olmamış deyil. Çünki Rusiya və Ukrayna Azərbaycanın əsas iqtisadi tərəfdaşlarıdır. Lakin bununla yanaşı həm daxili, həmç xarici, eləcə də iqtisadi siyasətdə Azərbaycanın oynadığı rol bizi bu rikslərdən sığortalayır. Təsəvvür edin ki, son dövrlərə qədər tüğyan edən koronavirus infeksiyası dünyada dərin iqtisadi böhran yaratsa da, Azərbaycan pandemiyadan minimum itkilərlə yayına bildi. Çünki cənab Prezident praqmatik və rasional idarəetmə sistemi formalaşdırıb. Və özünün də dediyi kimi, nəyi, necə və nə zaman etməyi o, bunu hamıdan yaxşı bilir. 

Hesab edirəm ki, Azərbaycan iqtisadi imkanların artırmaqla, iqtisadi münasibətlər sistemini yeni mərhələyə daşımaqla, bu prosesdən də üzüağ çıxacaq. Təbii ki, qonşuluqda hər gün minlərlə insanın ölməsi, qaçqın düşməsi, infrastrukturun dağıdılması bizim üçün də arzuolunan deyi. Ümid edirik ki, münaqişə tezliklə başa çatacaq və tərəflər danışıqlar masasına oturacaqlar. Hətta bunun əksi olsa belə, söylədiyim kimi, bu Azərbaycan iqtisadiyyatı üçün xüsusi risk yaratmır. Bu gün dövlət aparatı, qanunverici orqan, ölkə  vətəndaşları qarşılıqlı olaraq canlı orqanizm kimi fəaliyyətdədir və biz birlikdə bütün çətinlikləri dəf etməyə qadirik. Bu xüsusda sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Vətəndaş təəssübü amili heç zaman diqqətdən kənarda qalmamalı, öz fəaliyyətimizdə biznes maraqları ilə yanaşı, sosial məsuliyyət prinsiplərini də rəhbər tutmalıyıq. Əminəm ki, qarşıdakı dövrlərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrin, o cümlədən özəl sektorun tərəqqisi davam edəcək və bundan hər bir vətəndaş, hər bir soydaşımız faydalana biləcək. Bir daha ölkə sahibkarlarını Sahibkarlar Günü münasibətilə təbrik edir, fəal xanım iş olaraq sahibkarlığın inkişafına verdiyi töhfələrə görə, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minətdarlığımı bildirirəm.

sosium.az




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Müsahibə