USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

80 səhifənin 80 rəngi... - MÜSAHİBƏ


https://img.baki-baku.az/news/2021/06/photo_4183.jpg?v=MjAyMS0wNi0yNCAxNjo1MjoxNA==

Sözün qüdrəti səs və qələm gücü ilə qəlblərə yol tapır. Bu qüdrət sahibləri əsrlərin, qərinənələrin, illərin süzgəci ilə yaşam ölməzliyi qazanır. Bəli, bu günümüzün söz sahiblərinin ünvanı qəlblərdi. Həm də həssas qəlblər....

Ağahüseyn  Hüseynov... Bir söz ömrünə müəllif... Bir qələm taleyinə dost... Bir müəssisəyə qismət... “Bakı”  qəzetinin baş redaktoru... Çoxsaylı jurnalist həmkarına ustad... 80 illik ömrə möhür...

Bu qələm sahibinin qəlbindən süzülənlənləri sözlə ipə-sapa düzürük.

- Jurnalistika nədir, bir elm kimi nəyi ehtiva edir?

- Bəli, jurnalistika elmdir. Həm də çox zəngin bir elmdir. Jurnalist qələmi olduqca çox böyük gücə malikdir. Bu sənətə gəldinsə hər zaman axtarıda olmalısan, yaradıcılıqlığın çoxşaxəli olmalıdır. Jurnalistika böyük zəhmət, xüsusi səy, professional qiymətləndirmək və prosessləri düzgün analiz bacarığı tələb edən sənətdir.

- Fəaliyyətiniz dövründə bir jurnalist kimi ən əsas nəyə üstünlük verirsiniz?

- Ömrümün əsas hissəsi qələm və söz  ilə bağlı olub. Fəaliyyət dövrümdə həmişə çalışmışam ki, qələmin obyektliyinə söykənim, vətəndaşlıq mövqeyimə sadiq qalım. Bu mənim cəmiyyətdə elmi ictimai-siyasi sahədə tutduğum əsas prinsiplərdən biridir. Məncə hər bir jurnalist bu prinsipə söykənməlidir.

"Nəsir müəllim bir nümunə olub daima qəlbimizdə yaşayacaq"

-Sevib, seçdiyiniz bu peşədə ustadlarınızın rolu da əvəzsizdir, deyilmi?

-Əlbəttə. Müəllimlərimin rolu mənim yaradıcılıq taleyimdə böyük rol oynayıb. Onlardan biri və əvəzolunmazı böyük müqtədir insan peşəkar jurnalist, böyük insan Nəsir İmanquliyev olub. Yaxşı xatırlayıram... Mən Nəsir müəllimi ilk dəfə 1958-ci ilin yayında görmüşəm. Kommunist nəşriyyatının darısqal sexində “Bakı” qəzetinin səhifələnməsi üçün taler dəzgahının önündə hündürboylu, bir qədər dolğun, lakin tipik ziyalı görünüşlü bir şəxs dayanmışdır və o gündən mənim böyük müəllimlə uzun illərin birgə fəaliyyətinin təməli qoyuldu.

Nəsir müəllim, zəngin həyat və iş təcrübəsi olan bu müdrik insanın, üstəlik də gözəl seçmə keyfiyyəti və qabiliyyəti var idi. Nəsir müəllimin qəzetə gətirdiyi gənclərin bir çoxu sonralar mətbuatda rəhbər vəzifələrə yüksəliblər. Otuz il ərzində jurnalist sənətinin incəliklərini, redaktənin sirlərini idarəetmə bacarığını ondan öydəndim, əsl həyat məktəbi keçdim. Bütün bunlara görə Nəsir müəllimə dönə-dönə minnətdaram, onun ruhu qarşısında baş əyirəm.

Nəsir Əsədulla oğlu İmanquliyev – milli mətbuatın patriarxı, böyük mühərrir, jurnalistikamızın ağsaqqalı, zəhmətsevər, bacarıqlı idarə başçısı, əla təşkilatçı və ictimai xadim, nəhayət, sayqılı redaktor, ləyaqət-əxlaqi insan,vətəndaş, vətənpərvər bir şəxsiyyətdir.

İndi iftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetləri Azərbaycan milli mətbuatında sanballı iz qoymuş və onun rəhbərlik etdiyi özünəməxsus dəst-xətlə, təlim və tərbiyə üsullarına malik milli jurnalistika universiteti idi.

Mənim onunla ünsiyyətim ömürümün son gününə qədər davam etmişdir. O, həmişə mənə zəng edib qəzetdə gedən maraqlı yazılara öz münasibətini bildirərdi, lazım gələndə iradlarını da çatdırardı.Tam əminliklə deyə bilərəm ki, kollektivdən, bizlərdən çoxunun öz redaktoru ilə sıx ailə münasibətləri yaranmışdı. Nəsir müəllim bir nümunə olub daima qəlbimizdə yaşayacaq.

- Uzun illər “Bakı” qəzetinin baş pedaktoru olaraq  bu fəaliyyəti necə dəyərləndirirsiniz?

-“Bakı”–“Baku” qəzetləri zərurətdən doğulmuşdur. O vaxtlar respublikada, həmçinin paytaxtda böyük quruculuq işləri görülürdü.Yeni müəssisələr açılırdı. Şəhər abadlaşırdı, sakinlərin rahatlığı üçün bütün imkanlardan istifadə edilirdi. Bu siyasəti dolğun və düzgün ictimaiyyətə çatdırmaq üçün “Bakı” və “Baku” qəzetlərinin üzərinə böyük məsuliyyət düşürdü. Qəzet obyektivliyi və operativliyi ilə  ilk nömrələrindən oxucularının rəğbətini qazandı. O zaman rəsmi qəzetlər partiya-bürokrat diktəsi ilə işıq üzü görürdü.

Təbii ki, belə möhkəm olan çərçivədə bütün düzgünlüyü oxuculara çatdırmaq çox çətin idi, lakin “Bakı”–“Baku” qəzetləri bütün çətinliklərə baxmayaraq öz aktuallığını və yüksək reytinqini qoruyub saxlaya bilmişdi.

Bu gün mətbuat azaddır. Mətbuat orqanları istənilən mövzuları işıqlandıra bilər. Lakin bir sual ? Nə şəkildə? Nə formatda? Və ən əsası qərərsiz və obyektivliyi ilə.

"...qəzetlər öz oxucularını itirirlər. Əlbəttə burda zamanın da hökmü var"

- Müasir dövrün diqtəsi, onlayn fəaliyyət, digital platforma qəzet oxucusunu qəzetdən uzaqlaşdırır. Buna necədir münasibətiniz?

- Bəli, bu gün qəzetlər öz oxucularını itirirlər. Əlbəttə burda zamanın da hökmü var. Bu günün reallıqları başqadır, lakin bütün bunlara baxmayaraq peşəsinə hörmət edən, onun düzgünülüyün ədalətin güzgüsü hesab edən jurnalistlər indi daha çox lazımdır. Qoy bütün platformalarda fəaliyyət göstərən gənc qələm sahibləri öz peşələrinə daha vicdanla, məsuliyyətlə yanaşsınlar. Dogru, düzgün, qərəzsiz informasiyaları geniş auditoriyaya çatdırmağı özlərinə vəzifə borcu bilsinlər. Təbii, bəzən  bu o qədər də asan olmur. Amma prinsipiallıqla və peşəkarlıqla hər şeyə nail olmaq olar.

- Ağahüseyn müəllim, 80 illik ömrün 80 baharı, 80 payızı... Ömrün Günəşi, ömrün sazağı... Bu gün Ağahüseyn Hüseynov bu ömür yoluna necə qiymət verərdi?

- Əlbəttə, həyat enişi, yoxuşu, istisi, soyuğu ilə maraqlıdır, sevimlidir. Çalışdım cəmiyyətə faydalı olum, peşəmə sadiqliyim əsas meyarım oldu. Xalqımı, vətənimi  sevirəm. Bir ziyalı kimi ölkəmin bütün uğurlarını fəxrlə izləyirəm və alqışlayıram. Jurnalistikanın gələcəyinə inanıram. Müasir texnalogiyaların bizim mütəxəssislərin də hüdudlardan kənarda  tanınacağına inanıram.

- Biz sizə sonsuz təşəkkür edirik. Sizə can sağlığı, uzun ömür arzu edirik!

Müsahibəni apardı: Fəxriyyə Lilpar İsayeva




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Müsahibə