USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Hər bir sahibkar  beynəlxalq əməkdaşlıqda maraqlıdır"


https://img.baki-baku.az/news/2021/05/photo_3766.jpg

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Afət Həsənova Sosium.az saytının suallarını cavablandırıb. 

 - Afət xanım ölkəmizdə müxtəlif adlarda qadın təşkilatları, cəmiyyətləri fəaliyyət göstərir. Qadın hərəkatının inkişafında, qadın problemlərinin həllində bu cəmiyyətlərin rolunu necə dəyərləndirirsiniz? 

- Ölkəmizdə çoxlu saya müxtəlif adlarda qadın təşkilatları fəaliyyət göstərir. Bu Azərbaycanda gender bərabərliyinin yüksək səviyyədə təmin olunduğunun göstəricisdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Qadın məsələləri ilə əlaqədar  komitənin yaradılması Azərbaycanda qadın hərakatının başlanğıcı oldu. Sonrakı illərdə cənab prezident İlham Əliyevin bu siyasəti daha  geniş və uğurlu formada davam etdirməsi  ölkəmizdə qadınlarımızın zamana, ən müasir tələblərə uyğun şəkildə inkişafını şərtləndirdi. Xatırlayaq ki, gender bərabərliyi haqqında qanun layihəsi, daha sonra 2013-i ildə məişət zorakılığının aradan qaldırılması üçün qanunlar qüvvəyə mindi. Bütün bunlar Azərbaycan  qadınının hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Əlbəttə ki, bu təkcə sahibkar qadınlara deyil, bütün sferalarda təmsil olunan qddınlara aiddir. İstər sahibkar, istərsə  evdar, gənc qızlar, şəhid anaları fərq etməz, hər kəsə   şamıl olunur. Bu baxımdan Azərbaycan qadın xoşbəxtdir. Çünki onun güvəndiyi dövləti, qayğıkeş, təəssübkeş Prezidenti var. Biz aprelin 20-də AQSİA olaraq  İki oğul şəhid vermiş ananı ziyarət etdik. Həm də  şəhidlərin doğum günündə...  İki övladını itirmiş Ana  gprüşümüzdə dövlətin, Ali Baş Komandanın dəstəyini hiss etdiyini və bundan rahatlığını, məmnunluğunu  ifadə etdi. Bu o deməkdir ki,  Azərbycan anası , Azərbaycan qadını doğrudan da haqq etdiyi qayğı, sevgi ilə əhatə olunub.  Bu baxımdan ölkədə fəaliyyət göstərən qadın təşkilatlarının əhəmiyyətli rolu, qadın problemlərinin ictimailəşdirilməsi, dövlət rəhbərliyinin diqqətinə çatdırılmasındakı xidməti müsbət qiymətləndirilməlidir. Çoxlu sayda qadın təşkilatlarının sırasına 2017-ci ildə daha bir təşkliat Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da qoşuldu. Və bu gün bizim Assosiasiya sahibkar xanmları bir çətir altında birləşdirərək iqtisadi platforma şəklində xanım sahibkarların və bütövlükdə ölkə  iqtisadiyyatının inkişafına töhfə verməkdədir.  

 - Maraqlıdır, nədən məhz Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasını seçdiniz?

- Qeyd etdiyim kimi 4 il öncə yaradılan AQSİA-nın fəaliyyətini maraqla  izləyirdim.  Mən özüm 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ona görə də iqtisadi platfforma olaraq fəaliyyətə başlayan AQSİA diqqətimi çəkdi. Dövlətin siyasətini dəstəkləyərək yola çıxan  bu qurumun müxtəlif sahələrdə həyata keçirdiyi iqtisadi, sosial, maarifləndirici, stimullaşdırıcı layihələrini müşahidə etdim. Qeyd etmək istərdim ki, AQSİA-nın fəaliyyəti həm də  vətəndaş cəmiyyətinin, QHT sektorunun  inkişafının göstəricisi kimi də dəyərləndirilə bilər. Özəlliklə ötən ildən dünyanı ağuşuna alan Koronavirus (Covid 19) pandemiyasında mütəlif çətinliklərlə qarşılaşan insanlara yardım aksiyalarında aktiv iştirak edən sahibkar xanımlara rəğbətim daha da artdı.  Cənab Prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən sosial layihələrə qatılan sahibkar xanıların  aztəminatlı və digər həssas kateqoriyadan olan insanlara,  ailələrə yardımından, talasemiyalı xəstələrə dəstək olmaq üçün düzənlənən qanvermə akssiyasından bir qadın, bir ana olaraq təsirləndim. Vətənimin belə xanımları ilə qürur duydum. Əminəm ki, mən tək deyiləm. Bildiyim qədər son zamanlar müxtəlif  sferada fəaliyyət göstərən sahibkar xanımların  AQSİA-ya  marağı daha da artır. Bu təbiidir.  Uğurlu layihələrə imza atan bir təşkilatda birləşərək komanda  şəklində fəaliyyət göstərməyin də öz müsbət tərəfləri var. Əminəm ki, bu əməkdaşlıq həm Assosiasiya, həm də sahibkar xanımlar üçün faydalıdır. Beləliklə, mən də özümü AQSİA-nın sıralarında görmək istədim.  Müxtəlif təşkilatlardan gələn təklifləri dəyərləndirərək AQSİA-nı seçdim. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün səmərəli əməkdaşlıq kimi səciyyələndiriləcək. 

-  Sizin fikrinizcə AQSİA  qadınların biznesdə  rolunun genişlənməsinə hansı dəstəyi verə bilər?

- Əlbəttə güc birlikdədir. Sahibkar xanımlatın eyni çətir altında fəaliyyəti həm qurumun funksiyasını daha geniş formada həyata keçirməsinə dəstəkdir, həm də bir-birinə dəstək verərək sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirəcəklər.  Eyni zamanda gənc  sahibkar xanımların müxtəlif treninqlərdə, maarifləndirmə  layihələrində, kurslarda iştirak etməsi  gələcəyin sahibkarlarına töhfədir. Düşünürəm ki, sahibkarların eyni təşkilatda əməkdaşlığı bütün tərəflər üçün faydalıdır. Bu birlik nəinki ölkə daxilində, həmçinin xarici ölkələrdə belə çox uğurlu layihələr təqdim edə bilər.  Təbii ki, xanım sahibkarların beynəlxalq müstəvidə təqdim olunmasında da AQSİA-nın xüsusi rolu var. Düşünürəm ki, hər bir sahibkar xanım beynəlxalq əməkdaşlıqda maraqlıdır. Bununla da sahibkar olaraq bizlər beynəlxalq əməkdaşlıqdan faydalanaraq öz işimizi daha da genişləndirə bilərik ki, bu məsələdə dövlət də, sahibkarlar da maraqlıdır. Qısacası, bu platformada qadın sahibkarlar müxtəlif beynəlxalq təşkilatlar və dövlət qurumları ilə sıx əməkdaşlıqdan faydalana bilərlər. Eyni zamanda  müştərək layihələr gerçəkləşər ki,  bununla da biz gələcək nəsillərə kollektiv fəaliyyət ənənəsini ötürmüş olarıq. 

- Tibb sahəsində uzun illər fəaliyyət göstərən bir ginekoloq-alim kimi qadınlarımızın öz sağlamlığına münasibəti sizi qane edirmi? 

- Bütün dönəmlərdə, bütün ölkələrdə inkişaf prosesi mərhələli şəkildə davam edir. Bu baxımdan tibb sahəsindəki inkişafı vurğulamamaq mümkün deyil. Özəl tibb sahəsinin inkişafını, səhiyyənin   ağır yükünü zərif çiyinlərində daşıyan qadın  həkim, alim, tibb personalının zəhmətini qeyd etmək istərdm. Hər zaman bütün sahələrdə uğurlar da, qayğılar da yanaşı olub. Mən uğurlara köklənən, hər zaman onları təbliğ etməyin tərəfdarıyam. Nədən? Çünki sevguidən danışanda sevgi, nifrətdən danışanda nifrət çoxalır.Bu baxımdan müsbətlrin təbliği yeni-yeni qapılar açar, deyə düşünürəm. Bir az öncə qeyd etdiyim kimi, özəl səhiyyənin inkişafı, eləcə də dövlət səhiyyə ocaqlarının insanlarımızın istifadəsinə verilib.  Son bir ildə dünyanın üzləşdiyi pandemiyanın yaratdığı fəsadlar başqa bir mövzudur və tək bizim üçün deyil, bütün dünya üçün xarakterikdir. O ki qaldı, qadınlarımızın öz sağlamlığına münasibətinə, əlbəttə, bu zaman-zaman irəliləyən prosesdir. Ölkə, cəmiyyət inkişaf etdikcə,  bu istiqamətdə də müsbət tendensiya müşahidə olunur. Dövlətin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dölət Komitəsinin, eləcə də müvafiq dövlət qurumlarının, QHT sektorunun, Qadın təşkilatlarının həyata keçirdiyi çoxlu sayda layihələrin, maarifləndirmə proqramlarının ortada ciddi nəticələri var. Cəmiyyətdə gedən inkişaf tempinə uyğun olaraq  bu gün qadınlarımız  öz sağlamlığına da, ailəsinin, övladının sağlamlığına da daha savadlı, daha adekvat, daha diqqətli yanaşır. 

-  Qadınların qeyd etdiyiniz istiqamətdə inkişafı üçün nələr təklif edərdiniz?

- Mənə elə gəlir ki, hər kəs inkişafa nail olmaq üçün öncə öz üzərində işləməlidir. Öz potensialını anlamalı və işini bu potensiala uyğunlaşdırmalıdır.  Günün tələbləri 20 -30  il öncəki kimi deyil. Fəaliyyətində günün trendinə əsaslanan, günün tələblərinə əməl edən, dövlətin yaratdığı imkanlardan yararlanmağı bacaran, eyni zamanda dəyərlərinə sahib çıxan insan mütləq uğur qazanacaqdır. Yeri gəlmişkən,    peşədə, sənətdə uğur qazanmaq azdır. Eyni zamanda insan olaraq inkişaf etməli, bizi biz edən dəyərləri qorumalıyıq. Hər bir toplumu var edən həm də onun dəyərləridir. Böyüklərimizin bu günə qədər yaşadıb bizə çatdırdığı milli-mənəvi dəyərlərimizi biz də gələcək nəsillərə çatdırmağa borcluyuq.  İstərdim ki, hər kəs bu borcun məsuliyyətini vüqarla daşısın.  Konkret sualınızın cavabına gəlincə, demək istərdim ki, qadın sahibkarlığının inkişafı üçün  çox, daha çox çalışaraq dövlətin yaratdığı imkanlardan maksimum yararlanmalıyıq. 

-   Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi layihələr, siyasət gələcək üçün nələr vəd edir? 

- Öncə qeyd etmək istərdim ki, qadın hüquqları ölkəmizdə yüksək səviyyədə qorunur,   qadınlar istədikləri ali məktəblərdə oxuyur, seçdikləri peşə ilə məşğul olur, beynəlxalq təşkilatlarda çalışır, dövlətin ən ali qollarında təmsil olunur. Dövlət tərəfindən, ölkə rəhbərliyi tərəfində qadınların inkişafı üçün, öz potensiallarını realizə etmək üçün lazım olan bütün şərait yaradılıb. Bunun üçün mükəmməl qanunvericilik bazası formalaşıb. Bu göstəricilərə görə biz daha  parlaq gələcəkdən bəhs edə bilərik.  AQSİA  üzvü kimi deməliyəm ki, dövlətin və dövlət başçısı cənab Prezidentimizin həyata keçirdiyi siyasətdə qeyri-dövlət sektorunun inkişafı hər zaman prioritetdir. Məlumdur ki, bu birbaşa sahibkarlığın inkişafı ilə bağlıdır. Qadın sahibkarlığının inkişafına göstərilən diqqət bir daha sübut edir ki, dövlət bütün sektorlarda qadın inkişafını, qadın izini vacib sayır.  Bu baxımdan biz  sahibkar xanımlar çox şanslıyıq. Digər tərəfdən ölkəmizin  Birinci vitse-prezidenti,  xeyirxahlıq, mərhəmət simvolu,  bütün fəaliyyətində sadə xalqın maraqlarını əsas tutan Mehriban Əliyevanın uğurlu fəaliyyəti hər birimiz üçün örnəkdir.  Onun həm siysətçi kimi, həm vətəndaş kimi aktivliyi,  ana-xanım kimi humanizmi tutduğu vəzifədən asılı olmayaraq bütün qadınlar üçün stimuldur, nümunədir. Bu baxımdan biz sahibkar xanımların da digər şansı odur ki, fəaliyyətimizdə həm öyrənəcəyimiz, həm  güvənəcəyimiz Birinci vitse-prezidentimiz məhz qadındır.   Bir sözlə, bu gün  dövlətin qadınlarla bağlı gerçəkləşdirdiyi layihələr deməyə əsas verir ki,   gələcək daha güclü, daha mütərəqqi Azərbaycan qadınının, Azərbaycan anasınındır!




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Müsahibə