USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan Avropa Partiyasının sədri: ABŞ ayın 27-də Qarabağı tanımağı... Lenin-Kamal paktı icra olundu


https://img.baki-baku.az/news/2021/04/photo_3545.jpg

Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan ölkənin “Lragir.am” saytına müsahibəsində Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi, Qarabağın qaytarılması ilə bağlı fikirlərinə münasibətini bildirib. “Baki-Baku.az” həmin müsahibəni təqdim edir.

- Cənab Hzmalyan, baş nazir Nikol Paşinyan bildirdi ki, danışıqlar prosesində başlıca mövzu Qarabağın işğalının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudları daxilində aradan qaldırılması olacaq. Bunu necə şərh edərdiniz.

Putin dözə bilmədi və dedi. Dilindən eşitdik

- Fikrimcə, bu, yalnız ATƏT-in Minsk Qrupunun formatında mümkündür. O, (yəni Nikol Paşinyan-red.) eyni zamanda demişdi ki, Ermənistana hücum Rusiyaya hücum kimi qiymətləndiriləcək. Mən bunu absurd və yalan adlandırıram. Çünki 44 günlük müharibəni Rusiya təşkil etmişdi. Məhz Rusiya Türkiyəni Ağdama gətirdi. Məhz Rusiya bizi rüsvayçılığa daşıdı və bunu Putin də etiraf etdi ki, üçtərəfli sazişin təşəbbüskarı özü olub. Noyabrın 10-u gecə dözə bilmədi və dedi. Dilindən eşitdik. Ona görə də indi Ermənistanın baş nazirinin açıqlaması yolverilməzdir, məsuliyyətsizdir. Beləliklə o, bununla yolu bağlayır. Yeganə həll Minsk Qrupudur. Yəni ABŞ və Fransanın işə qarışması. Çünki Rusiya faktiki olaraq Minsk Qrupunun fəaliyyətini məhv elədi. Özünün qrupdakı işini dondurdu. Hazırda Rusiyanın Türkiyə ilə birgə dünyaya qarşı çıxdığı  dövrdə Ermənistan hökuməti ali səviyyədə məsuliyyətsiz addım atır. Mən bilmək istərdim ki, söhbət hansı danışıqlar prosesindən gedir. Əgər söhbət Minsk Qurpunun formatından gedirsə, o, ABŞ və Fransanın bəyanatlarına ziddir. Əgər o, (Paşinyan) belə demək mümkünsə, üçtərəfli formatda Rusiya və Türkiyə ilə işləməyə davam edirsə, bu satqınlıqdır və absurddur.

- Minsk Qrupunun həmsədrləri bəyanat yaydılar və bildirdilər ki, tez bir zamanda yekun statusun ali səviyyədə müəyyənləşməsi üçün məlum format və prinsiplər əsasında dialoqu bərpa etmək lazımdır. Bu, gecikmiş bəyanatdır?

ABŞ Kosova presedentinə istinadə edərək Qarabağı tanımağı...

- Mən belə hesab etmirəm. Minsk Qrupunun həmsədrləri hələ oktyabrın 8-də (2020-ci il oktybarın 8-i nəzərdə tutulur – red.) müharibənin 10-cu günündə sülh danışıqları təklif etmişdilər. Mən müharibənin iştirakçısı və orada olan adam kimi xatırlayıram ki, beş dəqiqədən sonra bombardıman başlamışdı. Senytyabrın 27-də isə ABŞ Kosova presedentinə istinadə edərək Qarabağı tanımağı, Skandinaviya sülhməramlılarını təklif etmişdi. Biz o zaman Ermənistanın və Qarabağın rəhbərliyinin dilindən eşitdik ki,  Rusiya sülhməramlılarını istəyirlər. Deməli, Minsk Qrupu vəziyyəti düzəltmək üçün səylərini dayandırmamışdı. Bunu da yaddan çıxarmaq olmaz ki, Minsk Qrupunun həmsədrləri uzun illər problemi ermənilərin xeyrinə həll etməyə çalışırdılar. İndi isə Minsk Qrupu bildirir ki, problem həllini tapmayıb. Putin və Əliyev də deyir ki, Qarabağ problemi beynəlxalq hüququn prinsipləri əsasında həllini tapmalıdır. Bu, bəzi ümüdlər verir.

- Paşinyan bəyan edir ki, Sünikdə Rusiya ilə 102-ci hərbi bazasının dayaq məntəqəsinin yaradılması məsələsi müzakirə edilir...

Sünikin təhfil verilməsi Rusiya və Türkiyə sazişinə xidmətdir

- Mən hesab edirəm ki, bu təklif satqınlıqdır, bu, sadəcə dövlətə xəyanətdir, ağılsızlıqdır, siyasi məsuliyyətsizlikdir. Çünki Rusiyanın Ermənistanın məğlubiyyətini təmin etdiyi aydındır. Rusiya Türkiyə və Azərbaycanı Hadruta, Şuşaya və Kəlbəcərə gətirdi. İndi Sünikin təhfil verilməsi Rusiya və Türkiyə sazişinə xidmətdir. Bunu da həm Paşinyan, həm də Koçaryan edir. Bu isə hər iki şəxsin əslində Rusiyanın agenti olmalarına dair baxışlarımızı təsdiqləyir. Hazırda Rusiya çalışır ki, Türkiyənin Xəzər dənizinə yolunu açsın. Bu isə Lenin-Kamal (Vladimir İliç Lenin və Mustafa Kamal Atatürk) paktında nəzərdə tutulurdu. Onu da müvəffəqiyyətlə Ərdoğan və Putin həyata keçirdilər. Bolşeviklərin etdiklərini indi Paşinyan və Koçaryan həyata keçirir. Bu, o deməkdir ki, qarşıdakı 100 ildə Ermənistanda heç nə dəyişməyəcək.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Müsahibə