USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Bəşəriyyətin inkişafı və sülhün bərqərar olması Qadın faktorundan asılıdır" 


https://img.baki-baku.az/news/2021/03/photo_3119.jpg

Bu gün üzərinə düşən ən çətin vəzifələrin öhdəsindən layiqincə gələn Azərbaycan qadının günüdür. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  müxtəlif sferalarda uzun illər çalışan,  cəmiyyətin inkişafına töhfə verən vətəndaş kimi vətəndaş, ana kimi ana, ictimaiyyətçi kimi ictimaiyyətçi, siyasətçi kimi siyasətçi, bir sözlə qadın kimi QADIN xanımlardan müsahibələri sizin diqqətinizə təqdim edirik. Belə xanımlardan biri də Şəmkir RİH başçısının müavini Aynur Abdullayevadır. 

- Aynur xanım öncə Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə  təbrik edirik.  Sizin üçün bu tarix özündə  nəyi ehtiva edir?

Tarixdən məlumdur ki,  hər il bütün dünyada qeyd olunan 8 mart Beynəlxalq Qadınlar Günü  adından da göründüyü kimi dünya qadınlarının birgə bayramıdır. Bu tarix özündə qadınlara qarşı daha çox diqqət, daha çox  sevgini ehtiva edir. Əlbəttə, qadınlar tək bir gün deyil, həyat var olduqca sevilir, dəstəklənir. Çünki o anadır! Tarixdə iz qoyan dühalar, dünya ədəbiyyatı qadını, ananı hər zaman yüksək tutub, yüksək dəyərləndirib. Bu da təbiidir. Bəşəriyyətin inkişafı və sülhün bərqərar olması Ana, Qadın faktorundan asılıdır. Böyük Hüseyn Cavidin dediyi kimi 

"Qadın Gülərsə 

Şu Issız Mühitimiz Güləcək, 

Sürüklənən Bəşəriyyət 

Qadınla Yüksələcək!

- Müasir Azərbaycan qadını bu gün dünyaya  necə təqdim olunur?

- Bu bir tarixi həqiqətdir ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub.  Bu isə o deməkdir ki,  tarixin müxtəlif mərhələlərində Azərbaycanda qadınlar  taleyüklü məsələlərinin həllində, qarşı cinslə bərabər şəkildə rol oynayıb. Eyni ənənə bu gün davam edir. Həm dövlətin qadınlarla bağlı həyata keçirdiyi məqsədyönlü siyasət, həm də qadınlarımızın kütləvi şəkildə cəmiyyətdə baş verən proseslərdə iştirakı  dediyimi bir daha təsdiqləyir. Azərbaycan qadını bu gün hakimiyyətin müxtəlif qollarında təmsil olunur, ölkəmizi beynəlxalq təşkilatlarda, xarici ölkələrdə şərəflə təmsil edir.  Füsunkar Azərbaycan qadını Mehriban Əliyeva ölkəmizin Birinci vitse-prezidentidir,   UNESCO və ISESCO-nun xoşməramlı səfiridir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidentidir.  Beynəlxalq miqyasda nüfuz sahibi, saysız-hesabsız titulların, mükafatların müəllifidir. Eyni zamanda mükəmməl bir ailə xanımı, gözəl ana, gözəl nənədir. Birinci xanım eyni zamanda mərhəmətin, xeyirxahlığın, sadəliyin, şəfqətin, zərifliyin simvoludur.  Qısacası Azərbaycan qadını bu gün dünyaya  Mehriban Əliyevanın timsalında bax belə təqdim olunur. 

- Dövlətin, ölkə başçısının qadınlarla bağlı həyata keçirdiyi siyasətlə bağlı fikirlərinizi bilmək istərdik... Eyni zamanda Azərbaycan qadınlarının cəmiyyət həyatındakı rolunu, onların ictimai-siyasi proseslərdə fəallığını necə qiymətləndirirsiniz? 

- Əslində bu mövzu ilə bağlı bəzən düşünürəm ki, nədən qadınlarla bağlı ayrıca siyasət həyata keçirilir, qadın fəallığı müzakirə olunur.   Axı qadınlar da cəmiyyətin bir hissəsi, bəşəriyyətin gələcəyidir. Təəssüf ki. tarix boyu bu ayrıseçkilik müxtəlif çoğrafiyalarda, müxtəlif  mədəniyyətlərdə mövcud olub. Bu problem günümüzdə daha az miqyasda olsa da müxtəlif coğrafiyalarda davam edir. Buna görə də əksər dövlətlər  zaman-zaman qadınlarla bağlı müzakirə və layihələri həyat keçirir. Mənə elə gəlir ki, illər öncə gender bərabərliyi ilə bağlı qanunvericilik aktlarının qəbulu və yerlərdə tətbiq olunması  Azərbycanda qadınların ictimai-siyasi həyatda daha geniş rol oynamasına imkan yaratdı. Sevindiricidir ki, bu baxımdan nə xanımların, nə də dövlətin heç bir problemi yoxur. Savadlı, bacarıqlı Azərbaycan xanımı   istər dövlət, istərsə də qeyri-dövlət sektorunda, ictimai-siyasi, təhsil, sahibkarlıq və s. fəaliyyət göstərə, özünü təsdiq edə bilər. Və bununla da mənsub olduğu topluma, cəmiyyətə fayda verir, inkişafa dəstək olur. Bu baxımdan dövlət üzərinə düşən vəzifəni mən deyərdim ki, layiqincə yerinə yetirir.   Xatırladım ki,  XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti  Şərqdə ilk dəfə qadına səsvermə, seçmək, seçilmək hüququ verib. Yəni Azərbaycanda qadın azadlığının, qadın dəyərinin bəlli bir   tarixi var. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra da öncə ümummilli liderimiz Heydər Əliyevin, daha sonra  Prezident İlham Əliyevin apardığı siyasətin tərkib hissəsi kimi  gender bərabərliyinin təmin olunması istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Nəticə etibarilə bu gün qadınlara həyatımızın bütün sahələrində fəaliyyət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Hesab edirəm ki,  Azərbaycanın həm zərif, həm də güclü xanımları bu imkanlardan yararlanaraq cəmiyyətə, dövlətimizə  töhfə verməkdədirlər. 

-  Bir neçə il öncə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin tərkib hissəsi kimi bütün RİH-lərdə başçı müavinlərinin biri qadın təyin olundu. Bu təyinat sizcə yerlərdə nəyi dəyişdi? 

 - Öncəliklə qadın müavinlərin təyinatı özündə  gender bərabərliyini təzahür etdirdi. Bundan başqa yerli  icra  hakimiyyətlərinə təbii ki, ən müxtəlif məsələlərlə bağlı çoxlu sayda qadınlar müraciət edirdi. Zənnimcə elə hallar olurdu ki, qadınlar ya özlərini doğru-düzgün ifadə edə bilmirdi və ya əksinə düzgün anlaşılmırdılar. Bu mənada bir qadın müavinin olması yerlərdə həm vətəndaşlar üçün faydalıdır,  həm də RİH-lərin işinin keyfiyyətini artıran faktor rolunda çıxış edir. Digər tərəfdən təhsil, səhiyyə, xidmət sahəsində çoxlu sayda qadınlar çalışır. Bəzən inanın elə problemlərlə gəlib müraciət edirlər ki,..  Elə düşünürsən ki, bu problemi qadınla bölüşmək daha doğrudur. Burda milli-mənəvi, hüquqi aspektlərlə yanaşı psixoloji yanaşma da vacibdir. Deyirlər qadınlar daha səbrli, daha mərhəmətli, daha ədalətli, daha sevgi doludur... Biz zamanında bəlkə doğru-düzgün qiymətləndirə bilmirik, amma kainatın, Yaradanın da bir qanunauyğunluğu, ilahi-təqdiri var bəlkə də... 

- Həm Qərb bölgəsi xanımlarının təmsilçisi, həm müstəqil Azərbaycanın  məsul gənc xanım siması olaraq ən az 15-20 il öncəki durumla müqayisə edərkən bölgə xanımlarının həyatında hansı fərqləri,  inkişafı qeyd edə bilərsiniz?

-  Nəzərdə tutduğunuz mövzu ilə bağlı əminliklə deyə bilərəm ki,  15-20 il öncədən əsər-əlamət yoxdur. Bilirsinz ki, qloballaşma bütün dünyanı öz təsiri altın alıb. Azərbaycan da dünyanın bir parçasıdır. Təbii ki, biz də bu qloballaşmanın müsbət və mənfi təsirlərindən kənarda qala bilmərik. Bu gün şəhər, rayon, kənd sanki birləşiblər. Müasir rabitə, kommunikasiya  texnologiyalarının inkişafı demək olar ki, bölgələrin hamısında mövcuddur. Və baş verən dəyişikliklər, inkişaf,  ən xırda detallarına qədər anında hər kəsi cəlb edir. Bu baxımdan  hazırkı vəziyyət 15-20 illə müqayisəyə gəlməz.  Konkret öz rayonumuzun və kəndlərimizin qadın cameəsinə gəlincə, istər xanımlarımız təhsildə, istər  peşə vərdişlərinə yiyələnməkdə,  öz qabiliyyətlərini, bacarıqlarını təqdim etməkdə, dünya görüşündə kifayət qədər inkişaf ediblər. Əlbəttə, burda dövlətin, birbaşa prezident İlham Əliyevin   illərlə həyata keçirdiyi  proqramların, layihələrin rolu müstəsnadır.    İndi bizim qarşımızda duran ən vacib məsələ şəhər, bölgə, rayon, kənd olsun fərq etməz, sürətli inkişafın müsbət tərəflərindən faydalanmağı öyrənmək və beləliklə qloballaşmanın zərərli təsirlərindən yan keçməyi bacarmaqdır. 

- Bölgədə müasir gənc xanımlar öz potensiallarını realizə etmək üçün əsasən hansı sahələri seçirlər?  

 - Azərbaycanın hər bir yerində olduğu kimi Şəmkirdə də qadınların, gənc qızların  fəallığı diqqət mərkəzindədir. Demək olar ki, rayonumuzun istər ictimai-siyasi, istərsə də iqtisadi, mədəni  həyatında qadınlarımız çox aktivdirlər.  Elə bir sahə yoxdur ki, ordan Şəmkir qadınının səsi  gəlməsin, onun fəaliyyəti şaxələnməsin, uğuru hiss olunmasın. Həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi fəaliyyəti ilə seçilən xanımlar əlbəttə, rayonumuzun fəxridirlər.   Hətta ən cüzi uğur qazanan qızımız, qadınımız belə  rayon ictimaiyyətinin, rayon rəhbərliyinin diqqətindədir. Və rayonda bu baxımdan zaman-zaman maariflənmə işləri aparılır. Qeyd etdiyim  siyasətin, məqsədyönlü layihələrin nəticəsidir ki,  qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır.

- Dünya günbəgün dəyişir, inkişaf gedir. Qloballaşma öz qaydalarını diktə etməkdədir. Hansı seçimi daha doğru sayırsınız : yenilik yoxsa mühafizəkarlıq?

 - Yenilik cazibədardır, qaçılmazdır. Mühafizəkarlığa isə  baxır hansı rakursdan yanaşırıq... Bəzi hallarda milli genefondumuzun qorunması, maddi,  mənəvi, irsi dəyərlərimizə bağlılığın gələcək nəsillərə ötürülməsi üçün mühafizəkarlığa  mənəvi bir borc kimi də baxmaq olar.   Zaman bir yerdə dayanmır, müasir dünya nizamı sürətlə dəyişir. İnsanların sayı sürət artır, sivilizasiyalar arası anlaşılmazlıqlar, fərqli mədəniyyətlərə malik toplumların qarşıdurması,  ədalətsizliklər, soyuq və odlu müharibələr, son bir ildə dünyanın üz-üzə qaldığı pandemiya və daha nələr, nələr... Təbii ki, dünya bu dinamikaya uyğun ictimai, siyasi, İqtisadi,  ekoloji, rabitə əlaqərinin,  mədəni və s. sahələrin uzlaşdırılması, inkişaf etdirilməsi, bu inkişafda qarşıya şıxan maneələrin aradan qaldırılması yollarını arayır, axtarır.  Azərbaycan bu prosesin mərkəzindədir, desəm yanılmaram. Ona görə də bizim məhz azərbaycanlı olaraq ortaq bir seçimimiz olmalıdır. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bir  fikrinə istainad edərək xatırlatmaq istərdim ki, Azərbaycan tarixən  mədəniyyətlərarası münasibətlərə töhfə verib. Bu gün də Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan, xalq  olaraq milli dəyərlərimizi saxlamaqla modernləşmək xətti ən doğru seçimdir.

Baki-Baku.az




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Müsahibə