USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"...o zaman buyurun, verin Qafanı, Zəngəzuru da güzəştə gedin" - Rusiyalı politoloqdan Paşinyan Ermənistanına sərt sözlər


https://img.baki-baku.az/news/2020/12/photo_2255.jpg

Qarabağla bağlı nə olacaqsa, bu, Yerevanda deyil, Moskvada həllini tapan məsələdir. Əgər Moskvanın qərarı olmasaydı, Qarabağ indi tamamilə ermənisizləşmişdi. Rus hərbçiləri ərazidə nə qədər qalacaqlarsa, ermənilər də o qədər qalacaqlar. "Baki-Baku.az" xəbər verir ki, bunu "EADaily"ya müsahibəsində Rusiyanın tanınmış politoloqu və tarixçisi Oleq Ayrapetov deyib. 

"Bu, artıq tam aydındır. Ermənilər özləri üçün müəyyənləşdirməlidirlər. Qeyd etdiyim kimi, Ermənistanda dərin böhran hökm sürür. Bu böhran erməni etnosunun yarısını soyqırımı təhlükəsi ilə baş-başa qoyur. Minimum Qarabağda etnik təmizləmə baş verəcək. Hazırda xoş gəlir, ya gəlmir, belə başa düşürəm ki, Yerevanda çoxunun xoşu gəlmir, amma belə alınıb ki, Qarabağda erməni əhalisinin təhlükəsizliyini Yerevan deyil, Rusiya təmin edir", - deyən politoloq bildirib ki, əgər bu, ermənilərə lazımdırsa, nəticə çıxarmalıdırlar - kiminlə əməkdaşlıq etsinlər və necə?

"Əgər vacib deyilsə, ən əsası Rusiyaya qarşı nə isə eləmək istəyirsinizsə, o zaman buyurun, verin Qafanı, Zəngəzuru da güzəştə gedin, kiçik administrativ muxtar ərazi olaraq qalın və nə istəyirsiniz, orada edin. Əliyev mədəni muxtariyyətə icazə verəcək. Ola bilər ki, 30 minlik çiçəklənən erməni icmasından kimlərisə Bakıda nümayiş etdirəcək", - deyən Ayrapetov hiddətini gizlətməyib. 

Müxbirin Ermənistanın xilas olunmaq üçün neçə ili var sualına cavabında politoloq "Ermənistanın çox yox, cəmi bir-neçə ayı qalıb" deyərək cavab verib.  

Yerevandakı hakimiyyət böhranına gəlincə, Ayrapetov vurğulayıb ki, Paşinyanın hakimiyyətdən getməsini vacibliyini söyləmək azdır: "Paşinyan Ermənistandan rədd olub getməlidir. Yeri gəlmişkən, bu onun maraqları üçündür. Eyni zamanda dəqiq və aydın müəyyənləşməlidir ki, gələcək üçün hansı inkişaf proqramı olacaq və onu kim icra edəcək. Ölkəni inkişaf etdirmək üçün iqtisadi proqram olmalıdır. Yollar salınmalıdır, hər evdə istilik olmalıdır, məktəblər bərpa edilməlidir və sair. Əgər bu yolla getmək istəmirsinizsə, o zaman Paşinyanın yolu ilə getməli olacaqsınız". 

O.Ayrapetovun sözlərinə görə, Paşinyanın yaxşı və ya pis olması, indi heç bir əhəmiyyət daşımır. Əsas olan odur ki, o silinib və onun hakimiyyətdə qaldığı hər gün dövlətçiliyin və hakimiyyətin silinməsidir. İndi o müzakirə olunmamalıdır ki, Paşinyan getsin ya qalsın, başlıca məqam onun necə getməyidir. Bundan sonra Paşinyanın varisinin kim olacağı müəyyənləşməlidir. Özü də söhbət o varisdən getməlidir ki, bütövlükdə Paşinyan sistemini dəyişsin.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Müsahibə