USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: Bizim Rusiyanın erməni əsirliyindən qurtulmağını gözləməyə...


https://img.baki-baku.az/news/2020/12/photo_2122.jpg?v=MjAyMC0xMi0xNCAxOTowMzozMA==

"Rusiya Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Əslində Ermənistana münasibətdə də səmimilik nümayiş etdirməyib. Elə indi də səmimi deyil". Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook səhifəsində yazıb.

Ə.Amaşov bildirib ki, Rusiya tarix boyu bu regionun insanı qazanmaq istəməyib. Ancaq tabe etməyi düşünüb: "Bir də mütiləşdirməyi. Amma bu gün Azərbaycan, Ermənistan, elə Gürcüstan cəmiyətində baş verənlər göstərir ki, Moskvanın yanaşması doğru deyil...

Çarizm dövrü, sonra SSRİ-nin yaranması və 70 illik mərhələ. İmperiya maraqları, böyük dövlət olmaq həvəsi və s. Bütün bunları başa düşdük. Amma böyüklük Rusiya dövlətinin yanaşmasındakı, eləcə də Rusiya ictimai rəyinin baxışındakı kimi olmur. Nə vaxtsa, hər şey sıradan çıxır. Necə ki, SSRİ kimi nəhəng dövlətin parçalanmasının timsalında bunu görmüşdük...

Hazırda dünya Rusiyaya qarşıdır. Heç bir ölkə Moskvanın barışdırıcı missiyasına inanmır. Biz inanmışdıqmı? Düşünmürəm ki, inanmışdıq. Sadəcə müəyyən geosiyasi reallıqları nəzərə almışdıq.  Kreml isə düşünməliydi ki, Ermənistanı loru desək, əlimizdən almasına icazə verməyimiz həm də dünyada onsuz da itib-batmaqda olan imicini bərpa etməsinə köməkdir. Buyurub bərpa edəydi...

Bəli, biz Qafqaz coğrafiyasında Rusiyanın böyüklüyünü qəbul etdik. Böyük isə özünü böyük kimi aparmağı bacarmalıdır. Ən əsası ədalətli olmalıdır. Görünən budur ki, Rusiyanın ədalət anlayışı başqadır və bu başqalıq heç şübhəsiz yaxşı heç nə vəd etmir. İlk növbədə Kremlin özünə.

O boyda ölkə bir ovuc erməninin əlində əsirə çevrilib. Bizim isə Rusiyanın erməni əsirliyindən qurtulmağını gözləməyə nə vaxtımız, nə də hövsələmiz var. Biz gözləməyin ömrünün 30 il olduğunu bilirik. Daha artığı olmur.

Bir məqamı da vurğulamaq istərdim. Əlbəttə, Azərbaycan cəmiyyəti Qarabağda yaşananlardan narahatdır. Bu təbiidir. Müəyyən proseslərə sərt reaksiya verilməsi də anlaşılandır. Ancaq biz elə davranmalıyıq ki, heç nə birliyimizi pozmasın.

Biz Qarabağ müharibəsindəki qələbəni həmrəyliyimizlə qazanmışıq.

Qələbəmiz Xalq-Prezident, Xalq-Ordu birliyinin təntənəsidir.

Bundan sonra da birliyimizi qorumalı və dövlətimizə inanmalıyıq.

İnanmalıyıq ki, Azərbaycan dövləti heç bir məsələdə özünün prinsipial maraqlarından geri çəkilən deyil.

İnanmalıyıq ki, dövlət başçımız İlham Əliyev nəyin, nə vaxt və necə ediləcəyini hər kəsdən yaxşı bilir.

Bir xalq olaraq ərazi bütövlüyümüzü bərpa etmişik. Bunu düşmənə gücümüzü göstərməklə etmişik.

Bundan sonra səbr və təmkinimizi də nümayiş etdirərək həm üstünlüyümüzü qorumalı, həm böyüklüyümüzü göstərməli, həm də prinsipial yolumuzda inamla addımlamalıyıq".




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Müsahibə