USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Soltanlım səhər gəldi" - torpaq həsrəti tarixə çevrilən jurnalistlə söhbət


https://img.baki-baku.az/news/2020/10/photo_1467.jpg?v=MjAyMC0xMC0xOSAyMzoxNjowMw==

Qarabağ, işğal olunmuş digər torpaqlarımız bizə, biz torpaqlarımıza qovuşuruq. Əsgərinə, ordusuna güvənən xalqımız ərazi bütövlüyünün bərpasına doğru müqəddəs və şərəfli yol gedir. Azərbaycan və azərbaycanlılar öz tarixlərinin qürur dolu anlarını yaşayırlar. Bu yaşantıdan nəsibini alanlardan biri də odur - jurnalist həmkarımız Seymur Verdizadə. 19 oktyabr 2020-ci il. Bu gün onun günüdür. Axı Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edildiyini açıqladığı kəndlərinin sırasında doğulub boya-başa çatdığı Soltanlının da adı var. Azərbaycana professorlar bəxş etmiş ziyalılar kəndi Soltanlı. O Soltanlı ki, onun və ümumən Cəbrayılın Ermənistan tərəfindən işğal olunduğu xəbərini Seymur Türkiyədə, təhsil aldığı Ankarada eşitmişdi. 

"Qardaş Türkiyənin nüfuzlu Qazi Universitetinin tarix fakültəsində təhsil alırdım. Bu ağır xəbər məni çox sarsıtdı, həyatdan küsdüm. Xatirimdədir ki, tələbə yoldaşlarım məni ovundurmağa çalışırdılar. O vaxt Yaxın Şərq ölkələrindən Türkiyəyə çoxlu qaçqın pənah gətirmişdi. Mənə də eyni nəzərlərlə baxırdılar. Hiss edirdim ki, tələbə yoldaşlarımın mənə yazığı gəlir", - deyən müsahibimiz o dövrü xatırlayır.

S.Verdizadə tələbə yoldaşlarının ona yazıq nəzərlərlə baxışlarına düz 5 il dözməli olduğunu, bu hissin ağırlığı ilə yaşamaq, təhsil almaq məcburiyyətində qaldığını vurğulayır. "Üzərindən illər keçdikdən sonra o günlərə qayıtmaq məni sıxır. Gənc yaşımda qəddim əyilmişdi. Hər gün düşünürdüm. Yəni mən Soltanlı bulağından su içə bilməyəcəm? O torpağın havasını içimə çəkməyəcəm? Axı necə ola bilər ki, evimizə gedə bilməyim? Özümə verdiyim suallar çox idi. Doğmalarım, əzizlərim, dostlarım nə edirlər, harada yaşayırlar? Onlar nə yeyirlər, nə içirlər? Cavabsız suallarım həddən artıq çox idi. Təhsilimi yarımçıq qoyub Vətənə dönmək istədim. Valideynlərim qəti şəkildə etiraz etdilər. Təhsilimi başa vurub qayıtdım. Həyatın ağırlığını özüm də yaşadım. Nə deyim, nə danışım, çox çətindi o günləri xatırlamaq", - deyən həmkarımız ani olaraq söhbətə ara verir...

S.Verdizadə 19 oktyabr 2020-ci il tarixinin onun yaddaşına əbədi yazılacaq tarixə çevrildiyini əminliklə söyləyir və sözünə tam fərqli ovqatda davam edir: "Azərbaycanda qələbə ab-havası hökm sürür. Prezident İlham Əliyev düşmən tapdağından qurtulmuş yurd-yuvalarımızın adlarını açıqlayır. Bir qayda olaraq dövlət başçısı bunu günorta və axşam saatlarında edir. Ancaq xoş müjdələri günün istənilən saatlarında gözləyirik. Soltanlım isə obrazlı desəm, səhər gəldi. Günəş kimi doğdu. Sanki qəddim dikəldi. Mən artıq köçkün deyiləm. Mənim də doğulduğum kənd var. İndi bizim də dağımız, bağımız, yaylağımız var. 19 oktyabr tarixi soltanlılıların ömrünə qızıl hərflərlə yazıldı. Daha yayda 3-5 gün dincəlməyə ucuz ev axtarmayacağıq. Çünki öz evimiz olacaq. Biz təkcə torpağımıza deyil, həm də evimizə qovuşmuşuq. Yanıb külə dönsə də, biz o evləri yenidən tikəcəyik. Alnımızın təri, gözümüzün nuru ilə ilanmələyın çölləri abadlaşdıracağıq. Alnımızdan süzülən hər damla tər bir fidana qol-qanad verəcək. Yalnız Soltanlı və Cəbrayıl deyil, ümumilikdə Qarabağ cənnətə çevriləcək. Və biz bu dünyadakı cənnətdə yaşayacağıq".

"Baki-Baku.az"




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Müsahibə