USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı ilə İrəvan arasında çərçivə sazişi: Deklorasiya, yoxsa ciddi sənəd?


https://img.baki-baku.az/news/2023/12/photo_9978.jpg

“2023-cü ilin sonunadək Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması heç vaxt olmadığı qədər real görünsə də, problemin həlli o qədərdə asan deyil”.

Bu sözləri “Caliber.az” saytının tanınmış siyasi analitiki Orxan Amaşov “Düşüncələr” müəlif verilişinin növbəti buraxılışında söyləyib. Verilişin mətni əsasında hazırladığımız icmalı oxucuların diqqətinə çatdırırıq.

“Vaşinqtonun təzyiqinə qarşı Bakının qətiyyətini görən İrəvan üzləşdiyi reallığı bir daha anladı”

2023-cü ilin sonu yaxınlaşdıqca Qarabağ münaqişəsinə birdəfəlik nöqtə qoyacaq Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması ətrafında danışıqlar hissediləcək aktuallıq kəsb etməkdədir.     

Həqiqətən də, Azərbaycan Qarabağ üzərində özünün suverenliyini tam bərpa edəndən sonra tərəflər arasında razılaşmanın imzalanması şansı əhəmiyyətli dərəcədə artdı. İrəvan 70 günlük ləngimənin ardınca Bakının təklif etdiyi sülh sazişi variantına cavabını göndərdi. Noyabrın 30-da sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın neytral təmas zolağında baş tutmuş görüşünə rəqəmsal diplomatiyaya ikitərəfli dialoqun real əlavəsinin sübutu kimi baxmaq olar. Güman edə bilərik ki, Ermənistanın cavabı ləngitməsini iki önəmli amil şərtləndirir. Birincisi, İrəvan, mümkündür ki, Azərbaycanın sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra vasitəçilərin, eləcə də beynəlxlaq tərəfdaşlarının buna ciddi və əhəmiyyətli reaksiyasına ümid bağlayırdı. İkincisi, İrəvanın, doğrudan da, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində baxılan müraciəti ilə bağlı konkret gözləntiləri vardı. Ermənistan isteblişmentinin bəzi personaları hesab edirdilər ki, məhkəmənin qəbul edəcəyi müvəqqəti tədbirlər haqqında qərarı Azərbaycanın severenliyinə kölgə salmaq gücündə olacaq.       

Heyhat, bu ümudlər özünü doğrultmadı. Üstəlik, Vaşinqtonun məlum təzyiqləri qarşısında Bakının nümayiş etdirdiyi güc və iradə İrəvanı üzləşdiyi reallığı bir daha anlamağa məcbur etdi. Əgər belə demək mümkünsə, gələcəyini ikitərəfli təmaslar üzərində qurmağın alternativinin olmadığını başa düşdü. Düzdür, bu zaman Azərbaycan –ABŞ münasibətlərində qısamüddətli gərginlik də yaşandı.

Beləliklə, tərəflərin qarşılaşdığı reallıq ondan ibarətdir ki, hazırda sülh müqaviləsinin imzalanması üçün yaxşı imkan yaranıb. Sual doğuran məsələ sadəcə Bakı və İrəvanın hansı razılaşmanı imzalaya biləcəkləri və hadisələrin bu cür inkişafına nəyin və kimlərin mane ola biləcəyi ilə bağlıdır.

“Üçtərəfli bəyanatın 9-cu bəndindən imtinaya Rusiyanın necə reaksiya verəcəyi bilinmir”

Əsas sual isə Rusiyanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndindən rəsmi İrəvanın imtinasına necə reaksiya verəcəyidir. Hələlik bu sualın cavabı açıq qalır. Danışıqların indiki mərhələsində biz bütün məsələlərin əhatə olunduğu və detallı sülh müqaviəsindənd danışa bilmərik. Söhbət tərəflər arasında heç də mövcud fikir ayrılıqlarına son qoymayacaq çərçivə sülh sazişindən gedir. Amma, həmin sənəd 2020-ci ilin 10 noyabrından sonra başlayan, münasibətlərin normallaşması ilə bağlı əsas prinsiplərin daxil edildiyi prosesin yekunu və daha sonra dövlətlərarası tamhüquqlu sülh müqaviləsinə çevriləcək, gələcək tərəqqinin təməlini yaradacaq bazis rolunu oynamalıdır.       

Həddən artıq vacib sayılan məsələ qarşılıqlı şəkildə razılaşdırılan prinsiləri tərəflərin eyni qaydada qəbul etməsidir. Bu zaman sonradan münasibətlərdə çatların və yeni gərginliyin yaranmasına gətirib çıxara biləcək təhlükəli ikimənalılığa yer olmamalıdır. Necə ki, 2020-ci il 10 noyabr Bəyanatının bəzi bəndləri üzrə Bakı və İrəvan arasında ortaya çıxan fikir ayrılıqları 2023-cü ilin sentyabr ayına qədər “siyasi hərarəti aşağı düşməyən” gərginliyə səbəb olmuşdu.

Eyni zamanda, Bakı və İrəvanın kommunikasiyaların açılması məsələsində nə qədər irəli gedə biləcəkləri sualı ortaya çıxır. Yəni, çərçivə sülh sazişi imzalanan zaman tərəflərin Zəngəzur dəhlizi ilə əlaqədar mövqelərinin dəqiqlik dərəcəsi nə qədər olacaq? Hər şeydən göründüyü kimi, həmin sənəddə ölkələrin suverenliyi prinsipi və ikitərəfli əlaqə yollarına münasibətdə qarşılqılı anlaşma, bir də üçtətəfli bəyanatın 9-cu bəndindən imtinaya Rusiyanın hansı raksiyanı göstərəcəyi məsələsi də öz əksini tapmalıdır.

Həm nəzəri, həm də praktiki cəhətdən Bakı və İrəvan, həqiqətən də, ikitərəfli platformada yeni saziş barədə ortaq məxrəcə gələ bilərlər ki, bununla Moskva könülsüz də razılaşmalı olacaq. Bunun əyani misalı: Azərbaycan və Ermənistan Praqada ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı etirafı barədə razılığa gələndə Rusiya üzləşdiyi faktı qəbul etmək məcburiyyətində qaldı. Amma Kremlin bu dəfə necə reaksiya verəcəyinin hələlik dəqiq cavabını bilmirik. Moskva tərəfindən ehtimal edilən maneçilik cəhdləri ciddi problemə səbəb ola bilər.

“Bakı İrəvanla deklorasiyadan daha böyük əhəmiyyətə malik çərçivə sövdələşməsini istəyir”

Ortaya çıxa biləcək başqa bir maneə kimi anklavlar məsələsində Bakı və İrəvan arasında fikir ayrılığını göstərmək olar. Buna həm də 2022-ci ilin sentyabrında yaşanan lokal hərbi gərginlik nəticəsində şərti sərhəddə baş vermiş bəzi mövqe dəyişikliyi səbəb olub.

Bizə elə gəlir ki, Bakı indiki məqamda İrəvanla deklorasiyadan daha böyük əhəmiyyətə, konkret məzmuna malik çərçicə sövdələşməsini imzalamaq istəyir. Bu zaman İrəvana isə özünün ərazisinin coğrafi-riyazi konturlarından tam əmin olacağı və Zəngəzur marşrutu üzərində Rusiyanın nəzarət elementini aradan qaldıracağı razılaşma lazımdır.       

Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının ümumi landşaftı görünəndən daha mürəkkəbdir. İntəhası, indi bu barədə yalnız ona görə müxtəsər bəhs etmirik ki, yığcamlıq istedadın bacısı, çox danışmaq isə aydınlığın düşmənidir. Fikirlərimizi həm də ona görə qısa ifadə edirik ki, indi bəzi məsələlər özünün konkret formasını tapmayıb. Bunsuz perspektiv çərçivə sazişinin nə qədər real olduğunu anlamaq elə də asan deyil.

Yekunda qısaca onu da nəzərzə çatdırmaq istəyiri ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh razılaşması heç vaxt olmadığı qədər daha real görünür. Amma, təəssüf ki, bu reallıq problemin həll edildiyi qənaətinə gəlməyimiz üçün yetərincə deyil.

Hazırladı: İ.HƏSƏNQALA




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV