USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvan iflas etmiş separatçılığı dirçəltməyə çalışır

Sergey Kornauxov nələri açıqlayır?


https://img.baki-baku.az/news/2023/12/photo_9977.jpg

Sən demə, İrəvanda qondarma “Artsax parlamenti”nin iclası keçirilibmiş. Özü də gizli şəkildə. Bu barədə rusiyalı publisist və ictimai xadim Sergey Kornauxov özünün “Telegram” kanalında yazıb. O, sözügedən iclasla bağlı rəsmi məlumatın olmadığını bildirib. Eyni zamanda, vurğulayıb ki, “Artsax parlamenti”nin gizli toplantısında saxta deputatların hamısı iştirak edib, həmçinin, onların sırasına daha ikisi də əlavə olunub. Hələ yenilər təntənəli surətdə and da içiblər. Bir sözlə, S.Kornauxov filmlərdəki masson lojalarının toplantısına bənzər hadisədən bəhs edib. O, iclasda işçi qrupunun yaradıldığını diqqətə çatdırıb və əlavə edib ki, həmin qrup beynəlxalq platformalarda “Artsax”dan olan “qaçqınların” öz evlərinə qayıtmaları istiqamətində fəaliyyət göstərəcək.

Ermənistan hökumətinin bütün nümayəndələrinin belə bir iclasın təşkilinə qəti şəkildə etirazından söz açan S.Kornauxov onların “Artsax”da hakimiyyət institutlarının saxlanmasının İrəvanın milli təhlükəsizliyinə təhdid olduğunu dilə gətirmələrinin üzərində dayanıb. Əlbəttə, mövcud xüsusda rusiyalı ictimai-siyasi xadimin daha nələri diqqətə çatdırdığına nəzər salacağıq. Həmçinin onun nə üçün bu mövzuya yer ayırmasından danışacağıq. Hər halda, uzun müddət Rusiyanın hüquq-mühafizə orqanlarında çalışmış bir adam heç də təsadüfən məsələ barədə yazmazdı.

***

Nikol Paşinyan iqtidarının Ermənistan ərazisində separatçı quruluşun toplantısının təşkili barədə məlumatsızlığı qeyri-mümkündür. O qədər adamın bir yerə toplanmasının mərkəzlə razılaşdırılmadığına inanmaq sadəlövhlükdür. Çox da ki, ortada Ermənistanın milli təhlükəsizliyi var. Guya, onu düşünürlər? Paşinyan iqtidarı iflic durumdadır. Digər yandan, nəinki milli təhlükəsizliyi, ümumən varlığı kənar qüvvələrdən asılı olan bir ölkədəki hakimiyyətin milli maraqları nəzərə almasından gülünc heç nə yoxdur. Nikol və komandası yalnız hakimiyyət kreslosundan möhkəm yapışmağı əsas götürür.

Ancaq Ermənistan iqtidarı “Artsax parlamenti”nin gizli toplantısına meydan verərkən düşünməlidir. Nəinki, o, eyni zamanda, İrəvanın Qərbdəki dostları da. İkincilər separatçı mahiyyətli bir ölkəni müdafiə etdiklərini fərqinə varmalıdırlar. Fərqinə varmalıdırlar və ağızları köpüklənə-köpüklənə Cənubi Qafqazda sülhdən danışanda, sülhə əngəl törədən faktorları götür-qoy etməlidirlər. Bilməlidirlər ki, qorumağa çalışdıqları erməni hakimiyyəti dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə zidd mövqe tutaraq, qorxunc presedent yaratmaqla məşğuldur. Bu gün Ermənistanı müdafiə edən qərblilər bilməlidirlər ki, “separatçılıq bombasının” Avropada partlaması elə də çətin iş deyil.

Diqqət yetirək, bilavasitə açıqlanmasa da, qondarma “parlament”in iclası kimi ictimailəşmiş toplantıda, faktiki olaraq, bu il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində keçirilmiş görüşdə qəbul edilmiş sənədlərin məzmunu üzərində dayanılıb. O sənədlərin ki, orada baş nazir N.Paşinyanla yanaşı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa prezidenti Emmanuel Makronun və Almaniya Kanslaeri Olaf Şoltsun imzaları var. Onu da bildirək ki, N.Paşinyan həmin sənədlərdə əksini tapanlara söykənərək, onları Azərbaycanla sülh gündəliyində korrektəsi mümkünsüz məsələlər kimi qiymətləndirmişdi. Elə nəticə hasil olmuşdu ki, sülhün Qranada gündəliyi adlı nə isə var. Söhbət Qarabağ ermənilərinin bölgəyə xüsusi statusla qayıtmalarından gedir. İndi “Artsax parlamenti” də həmin istiqamətdə beynəlxalq miqyasda iş aparacaqmış. Aydın olur ki, Paşinyan iqtidarı Qranada gündəliyini ehkamlaşdırmağı bacarmadığı üçün topu, necə deyərlər, “artsaxlılara” ötürür. Göründüyü kimi, ortada Cənubi Qafqazda sülh baxımından aşkar riyakarlıq var. Şübhəsiz, bunu edən erməni iqtidarı və havadarlarıdır.

***

İndi isə S.Kornauxovun nə üçün gizliliyi pozmasından danışaq. Nəzərə alaq ki, o, məsələni sırf separatçılıq kimi təqdim etmir. Qarabağ ermənilərinin bölgəyə qayıdışı üzərində dayanan Kornauxovun sözlərindən gəlinən qənaət budur ki, Ermənistan dövlətinin qaçqın problemini həll etməsi mümkünsüzdür. “Artsax”ın özü üçün qaçqınların qayıtması bir çox problemləri həll edə bilər”, – deyən publisist Azərbaycanın təhlükəsizlik təminatlarını yada salır. Ancaq bu yadasalmanın heç də tam şəkildə mütərəqqi məcrada olmadığı aşkardır. O bildirir ki, Azərbaycan yerli əhalinin, yəni Qarabağın erməni sakinlərinin təhlükəsizliyini, yeni şəraitdə onların mədəni və dini inteqrasiya imkanlarını təmin etmək üçün tədbirlər görməyə məcbur qalacaq və guya, bu, kilsə və monastırların qorunub saxlanacağı deməkdir: “Ən əsası isə ermənilərlə azərbaycanlılar arasında dinc dialoqun zəruriliyi ilə bağlı sonsuz şüarlar toplusu məna kəsb edəcək”.

Bəs, yaxşı S.Kornauxov bütün bunları elə-belədənmi gündəmə gətirir? Axı, Ermənistan baş naziri Nikol Paşinyan da deyib ki, indiki şəraitdə Qarabağın erməni əhalisinin əvvəlki yaşayış yerlərinə qayıtmaları mümkünsüzdür. Nikolun sözləri onu fikirləşməyə əsas verib ki, İrəvan Bakının təhlükəsizlik təminatlarına etimad göstərmir. Yuxarıda onun və komandasının Azərbaycan üçün məqbul olmayan hansı təminatları əsas götürdüyünü vurğuladıq. Deməli, Kornauxov Rusiyanın qarabağlı ermənilər formulunu əsas tutan dairələrinin fikirlərini ifadə edir. Bu dairələr bölgədə erməni əhalinin olmayacağı təqdirdə, Rusiya sülhməramlı kontingentinə də ehtiyacın duyulmayacağını anlayırlar. Ona görə də Qarabağa qayıdış üzərində dayanır və canını tapşırmış “Artsax parlamenti”nin gizli iclasını ictimailəşdirmək yolu tuturlar. Onlar üçün qayıdışın hansı əsasda yaşanmasının heç bir önəmi yoxdur. Əsas odur ki, bu, baş versin. Ona görə də erməni avantürizmini şirnikləndirmək yolu tuturlar. Təxminən belə: qayıdın, öz ərazinizə hakim olun. Azərbaycan məcbur qalıb siz istəyəni edəcək. Əlbəttə, yanaşmada böyük məkrin olduğu aşkardır.

Başqa bir sual da yaranır: S.Kornauxov vasitəsilə “Artsax parlamentinin” gizli iclasını ictimailəşdirənlər məsələnin Ermənistan üçün hansı təhlükəli nəticələr doğura biləcəyini hesablamırlar? Əlbəttə, hesablamırlar, çünki onlar üçün bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, indiki anti-Rusiya ovqatına köklənmiş Qərbmeyilli Ermənistanın təhlükədə olmağı daha münasib variantdır. Kornauxov həm də buna görə ortadadır.

 

R.ƏVƏZ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV