USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Topal Seyranın “qəhrəmanlıq” nostaljisi Daldan atılan daş

“Qarabağ münaqişəsinin bitmədiyi”ni deyən Hayastanın eks-müdafiə naziri “əks-hücuma” hazırlaşır


https://img.baki-baku.az/news/2023/12/photo_9962.jpg

“Ermənistan ətrafında halqa gündən-günə daralmaqdadır”, – deyən Birinci Qarabağ müharibəsinin “qəhrəmanı”, Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərlə söhbətində yeni hərbi-taktiki planlar hazırlamağın vacibliyini vurğulayıb. “Əks-hücum planını” necə hazırlayacağını və onu nə vaxt həyata keçirəcəyini məxfi saxlayan Ohanyan Hayastanın 44 günlük müharibədə məğlubiyyətinin səbəbini “Ermənistan Respublikası rəhbərliyinin vaxta uyğun olmayan siyasəti”ndə görürmüş.  

“Qarabağ ətrafında strategiya hazırlamaq lazımdır. Gecikmə “Dağlıq Qarabağ” üçün, bizim üçün dağıdıcı ola bilər”. – söyləyən Seyran Ohanyan bundan sonra onlar üçün daha nəyin “dağıdıcı olacağını” açıqlamayıb.

Ohanyana görə, “başa çatmamış Qarabağ münaqişəsi kontekstində” qondarma qurumun subyektivliyini qorumaq üçün ciddi tədbirlər görməyə ehtiyac yaranıb. “Artsax qəhrəmanı” həmin “ciddi tədbirlərin” hansı ərazidə reallaşdıracağı barədə danışmaqdan yayınıb. 

“Ermənistan və “Qarabağ hakimiyyəti” bu istiqamətdə əsas addımları atmalıdırlar. Əgər münaqişə həll olunmayıbsa və Qarabağ öz ərazisində olmasa da, subyekt kimi mövcuddursa, bu o deməkdir ki, beynəlxalq və ya digər məqbul məkanlarda danışıqları davam etdirməkdən başqa alternativ yoxdur. Bu istiqamətdə proseslərdə müəyyən ləngimə, geriləmə var. Amma Ermənistan hakimiyyəti üçün Qarabağ səhifəsi bağlıdır, onlar yalnız humanitar və sosial məsələlərlə məşğul olurlar”.

Bunları deməklə özünə və partiyadaşlarına təsəlli verməklə məşğul olan Ohanyan gündəmdə qalmaqdan ötrü Bakının tarixin arxivinə göndərdiyi “artsax xalqı”, “Dağlıq Qarabağ Respublikası” kimi “aktual mövzulara” tez-tez müraciət edir. Yəqin iyirmi səkkiz il işğalda saxladıqları Qarabağ üçün nostalji keçirən, Birinci Qarabağ müharibəsində ayağının birini dizdən aşağı itirən, protezdə gəzən Ohanyan xəyallarında Xankəndi ətrafında “virtual qəhrəmanlıqlar” da edir. Əlbəttə, əgər buna macal tapa bilərsə. Axı, neçə aylardır ki, məhkəmələrin yolunu ölçməklə məşğuldur. O, Ermənistanın müdafiə naziri postunu tutduğu 2008-2016-cı illərdə vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunur. Nazir 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsini 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satıb və Edqar Arşakyanın adına sənədləşdirib. İkinci hissəni isə 2009-cu ildə Norayru Karapetyana satıb.

“Qəhrəman” zabitdən daşınmaz əmlak maklerinə çevrilən Seyran Ohanyan 1992-ci ilin fevralında Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayın tərkibində Xocalı soyqırmının təşkilatçılarından və icraçılarından biridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə onun barəsində cinayət işi açılıb.

Müharibə canisi, soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlərdə birbaşa iştirak etmiş Seyran Ohanyanın qolları qandallanıb Bakının həbsxanasına salınacağı gün uzaqda deyil. O zaman onun “məxfi planları və taktiki əks-hücum” barədə nəinki danışmağa, hətta bu mövzuda memuar yazmağa xeyli vaxtı olacaq.  

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI