USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın Rusiya demarşı baha başa gəlir


https://img.baki-baku.az/news/2023/12/photo_9957.jpg

“Yuxarı Lars” keçid məntəqəsində yaranmış son gərgin vəziyyət Ermənistanda narahatlıqla izlənilir. Ermənilərə məxsus yüzlərlə böyük tonnajlı avtomobillərin keçid məntəqəsində ilişib qalması İrəvanda ciddi narazılıq doğurur. Rusiya avtomobillərin keçidinin ləngiməsini “Qida məhsullarının fitosanitar standartlara uyğun gəlməməsi” ilə izah etsə də, İrəvan baş verənləri özünəməxsus şəkildə şərh edir. Məsələn, deputat Artur Xaçatryanın sözlərinə görə, “Yuxarı Lars” keçid məntəqəsində yaranmış vəziyyət Ermənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliklə bağlıdır”. 

Ermənistanın anti-Rusiya demarşları İrəvana başa gəlir. İqtisadi nəbzinin Moskvada olmasını “unudan” İrəvanın şimal qonşusuna soyuq davranışı erməniləri yeni problemlərlə üzləşdirir. Xüsusilə də strateji yol hesab etdikləri “Yuxarı Lars” keçid məntəqəsində avtomobillərin gömrük nəzarətindən keçməsinin ləngiməsi və bir çox halda Rusiyaya buraxılmaması Ermənistanda onsuz da güclü olan anti-Rusiya əhval-ruhiyyəsini daha da artırıb. Nikol Paşinyan hökumətini hər imkanda tənqid edən müxalifət düşərgəsi “Yuxarı Lars” keçid məntəqəsində yaranmış vəziyyəti Ermənistan üçün ciddi siqnal hesab edir. Məsələn, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatrya iddia edir ki, “Yuxarı Lars” keçid məntəqəsində yaranmış vəziyyət Ermənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliklə bağlıdır: “Rusiyanın bu addımının müəyyən mesaj olduğunu istisna etmirəm. “Rospotrebnadzor” və “Rosselxoznadzor” təkcə bazara nəzarət etmir, həm də siyasi faktordur. Görünən odur ki, Paşinyan nə qədər Putinlə münasibətinə və verdiyi açıqlamalara istinad etsə də, münasibətlər çox gərgindir və bu, ictimai əhval-ruhiyyəyə təsir etməyə bilməz”. 

Ermənistanın iri nəqliyyat-logistika şirkəti “Apaven”in direktoru Qaqik Ağacanyan isə düşünür ki, “Yuxarı Lars” keçid məntəqəsini, sadəcə, keçid məntəqəsi hesab etmək olmaz. Onun sözlərinə görə, bu bir simvoldur və “Yuxarı Lars” keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir. “Ermənistanaa taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Siyasətçilər təsərrüfat subyektlərinin fəaliyyətinə qarışmamalıdırlar”. Onu Rusiyanın erməni məhsullarındakı problemlərin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar da təəccübləndirməyib: “Biz baş verənləri başqa ölkələrin timsalında gördük. Axı türk pomidoru və gürcü mallarının idxalına qadağa qoyuldu. Belə addımların atılacağı bəlli idi. Sabah qazın qiyməti qalxa bilər. Biz ya buna hazır olmalıyıq, ya da yarana biləcək vəziyyətdən çıxış yolları axtarmalıyıq. Biz məhsullarımızın satış bazarının şaxələndirilməsinin əleyhinə deyilik, baxmayaraq ki, indi də ixrac təkcə Rusiyaya deyil”.

Erməni iş adamı etiraf edir ki, alternativ bazarlara daxil olmaq çox çətindir, buna görə də, məhsullar Rusiyaya ixrac edilir və bunun üçün reklam üçün pul xərcləmək lazım deyil: “İndi erməni konyakını Çinə göndərməyə çalışın. Əhalisi 10 dəfə az olan Rusiyadakı kimi heç vaxt orada eyni həcm satılmayacaq”. Onun sözlərinə görə, yük maşınları üçün “Yuxarı Lars” keçid məntəqəsi hava şəraiti ilə əlaqədar bağlanıb: “Gömrükçülərin növbə dəyişdirməsi səbəbindən də tıxaclar yaranır, baxmayaraq ki, bu amil ciddi rol oynamır, çünki bu halda gecikmə maksimum iki saat davam edə bilər. Belə olan halda isə vəziyyət başqadır, maşınlar müxtəlif terminallarda dayanır və keçid məntəqəsinə gedə bilmirlər. Yol rəsmən açılmayana qədər orada yük daşımalarının hərəkəti mümkün deyil və bu, qar yağandan sonra müvafiq xidmətlər yolu lazımi vəziyyətə gətirəndə baş verəcək. Q.Ağacanyan, həmçinin iddia edir ki, bərə daşımaları “Yuxarı Lars” keçid məntəqəsi ilə yükdaşımaları əvəz edə bilməz, çünki bərə heç vaxt tez xarab olan malları, o cümlədən meyvələri daşımayacaq, çünki bu, çox vaxt apara bilər. Qaqik Ağacanyan vəziyyətin siyasi səbəblərdən qaynaqlandığını düşünmür. Onun fikrincə, baş verənlər Ermənistanı ixrac strategiyasına yenidən baxılması barədə düşünməyə sövq edir. 

Lakin rəsmi İrəvandakı siyasətçilər fərqli düşünürlər. Ermənistan hakimiyyəti hazırkı vəziyyətin siyasi səbəblərdən qaynaqlandığını düşünür. Ermənistan hökumətinin aparat rəhbəri Arayik Arutyunyan “Facebook” sosial şəbəkəsində yazıb ki, “hər hansı bir keçid məntəqəsinin bağlanması bizə təsir etməyəcək” və ölkədəki və dünyadakı erməniləri sırf erməni mənşəli məhsullar almağa çağırıb. A.Arutyunyanın sözlərinə görə, biznesə və vergi ödəyicilərinə bu cür dəstək “müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi üçün həyati əhəmiyyət kəsb edən davranışdır”. İrəvan hakimiyyəti birbaşa demir ki, Moskva siyasi səbəblərdən Ermənistan məhsullarının Rusiya Federasiyasına idxalına mane olur. Məsələn, ekspert Norayr Gevorkyan bildirib ki, yaranan məhdudiyyətlər “qanun çərçivəsində” tətbiq edilir. Uzun yoxlamalardan sonra yükün fitosanitar standartlara cavab vermədiyi tanınır və geri qaytarılır.

Xatırladaq ki, “Yuxarı Lars” və ona bitişik nəqliyyat və logistika infrastrukturu Avrasiya nəqliyyat çərçivəsinin bir hissəsi olan “Şimal-Cənub” yol dəhlizinin mühüm elementləridir. Ermənistan üçün bu, Avrasiya İqtisadi Birliyinin digər üzv dövlətləri ilə ticarət-iqtisadi əlaqələri təmin edən yeganə quru yoludur. 

Səbuhi Məmmədov

XQ




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səbuhi MƏMMƏDOV