USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qriqoryan ABŞ-a gedir

Bakının prinsipiallığı və İrəvana “gerçəyi başa salmaq” zərurəti


https://img.baki-baku.az/news/2023/12/photo_9956.png

Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bu gün – dekabrın 2-də ABŞ-a işgüzar səfərə yollanacaq. Bu barədə məlumatı onun rəhbərlik etdiyi qurum yayıb. Məlumatda bildirilib ki, Qriqoryanın Birləşmiş Ştatlarda Ermənistan-ABŞ ikitərəfli münasibətlərini müzakirə edəcəyi nəzərdə tutulur. Ancaq bu qəfil səfər məsələyə bir qədər fərqli aspektdən yanaşmağı zəruriləşdirir.

Heç şübhəsiz, A.Qriqoryan Vaşinqtona çağırılır. Yəni, burada söhbət heç də Ermənistan-ABŞ əlaqələrinin müzakirəsindən getmir. Çağırılır ki, ona Birləşmiş Ştatların Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsindəki son mövqeyi ilə bağlı məlumat, eyni zamanda, müvafiq təlimatlar verilsin. Başlıca məsələ də həmin məlumat və təlimatların nədən ibarət olmasıdır.

***

Qeyd edək ki, ötən həftə Azərbaycan–ABŞ münasibətlərində gərginlik müşahidə edilmişdi. Bu durum Birləşmiş Ştatlar Konqresinin aşağı palatası sayılan Nümayəndələr Palatasında Qarabağ dinləmələrinin keçirilməsi ilə bağlı idi. Onu da deyək ki, həmin dinləmələr başdan-ayağa anti-Azərbaycan ritorikasına əsaslanmışdı. Hətta, belə görüntü formalaşmışdı ki, Vaşinqton Bakı ilə münasibətlərinə tamamilə xitam verəcək. Durumu gərginləşdirən faktor yalnız məlum dinləmələr və onların gedişində Azərbaycana ABŞ-ın dövlət yardımının dayandırılması, mövcud xüsusda  Azadlığa dəstək aktına 907-ci düzəliş ilə bağlı müzakirələr deyildi. Başlıca məqam həmin dinləmələrdə Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Ceyms O’Braynın bildirdikləri idi. Cənab O’Brayn çox amirənə tərzdə demişdi ki, Azərbaycana qarşıdakı iki həftə müddətində vaxt verilib. Onun sözlərindən belə çıxmışdı ki, Bakı Ermənistanla sülh müstəvisində Qərbin şərtlərini qəbul etməlidir. Əks halda, onunla bütün sferalarda əməkdaşlıq təhlükə altına düşəcək.

O’Brayn bir qədər də “irəli gedərək” vurğulamışdı ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu Ermənistan ərazisindən, ölkənin suveren hüquqları nəzərə alınmaqla, keçməlidir, ən əsası isə Vaşinqton Bakının həmin yolun İrandan keçməsinə dair təşəbbüsünü dəstəkləmir. Nəinki dəstəkləmir, O’Braynın sözlərindən belə təəssürat yaranmışdı ki, Ağ ev Azərbaycanın istəyini, bir növ, süngü ilə qarşılayacaq.

***

Əlqərəz, ABŞ Dövlət Departamentinin ali rütbəli təmsilçisinin fikirləri Azərbaycana demarş kimi qiymətləndirilmişdi. Bu hadisə isə Ermənistanda, sanki toy-bayram kimi qarşılanmışdı. Hətta, baş nazir Nikol Paşinyana məxsus siyasi çevrələr məsələni həm də Qarabağ münaqişəsi ilə bağlı özlərinə xeyir verəcək dönüş nöqtəsi qismində qiymətləndirməyə girişmişdilər. Əlbəttə, belə qiymətləndirmələr, eləcə də O’Braynın fikirlərinin özü Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməsinə hesablanmışdı.

Lakin həmişəki kimi, gözləntilər özünü doğrultmadı. Əksinə, Azərbaycan qətiyyəli mövqeyində sadiq qaldı. Eyni zamanda, ölkəmiz müvafiq addımlar atmağa başladı. Mövcud xüsusda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin – USAID-in Azərbaycanda gördüyü işlərin şübhələndirildi. Əlbəttə, qurumun illərdir ölkəmizdə apardığı anti-milli fəaliyyətin ayrı-ayrı təzahür formaları əvvəldən də məlum idi və heç şübhəsiz, buna qarşı tədbirlər onsuz da həyata keçiriləcəkdi. Lakin Birləşmiş Ştatların tutduğu mövqe məsələyə daha operativ və həssas yanaşılmasını zəruriləşdirdi. Həm də ona görə ki, O’Brayn yolverilməz ritorikaya baş vurmuş, Azərbaycanın müstəqil dövlət kimi varlığını şübhələndirmək yolu tutmuş, hədə-qorxu gəlmişdi. Yəni, buna cavab gecikdirilə bilməzdi.

Onu da vurğulayaq ki, Azərbaycanın qətiyyətli mövqeyi Birləşmiş Ştatların əvvəlki yanaşmadan geri çəkilməsini dəyişməsi təəssüratını formalaşdırdı. ABŞ rəsmilərinin sonrakı açıqlamaları belə düşünməyə əsas verdi ki, Birləşmiş Ştatlar kollektiv Qərbin Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı missiyasını yenidən “diriltmək” niyyətindədir. Bunu əvvəlcə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlaması, sonradan isə Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi və telefon danışığı zamanı müzakirə olunan mövzularun dairəsi də təsdiqlədi.

Əlbəttə, bütün bunlar Ermənistanda sarsıntı və isterik durum doğurdu. Ölkədə hakimiyyətə yaxın bəzi siyasilərin fikirlərində, hətta Vaşinqtona yönəlik ittihamlar da özünü göstərməyə başladı. Bundan başqa, erməni müxalif kəsim ABŞ–Azərbaycan gərginliyinin, necə deyərlər, gözdən pərdə asmaq niyyəti daşıdığını, ikincinin birinci üçün Ermənistandan qat-qat strateji əhəmiyyətə malik olduğunu vurğulamağa başladı. Yayılan fikirlərdə, həmçinin, bildirildi ki, Birləşmiş Ştatlar Bakının mənafeləri naminə Ermənistanı tam şəkildə qurban verməyə hazırdır...

Hər halda, hazırkı durum onu göstərir ki, ABŞ Azərbaycanla münasibətləri gərginləşdirməkdən uzaqdır. İndi Birləşmiş Ştatlarda nə məlum 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının aradan qaldırılmasından söhbət açan var, nə də sıraya düzülüb növbə ilə danışırmışlar kimi təəssürat yaradan, biri-birini təkrarlayan mənasız konqresmenlərin anti-Azərbaycan məntiqinin ayrı-ayrı “təzahür formalarından”. Sanki qurbağa gölünə daş atılıb.

***

Bəli, A.Qriqoryan ABŞ-a məhz bu şəraitdə səfər edir. Onun Birləşmiş Ştatların siyasi dairələri ilə bağlılığını, belə demək mümkünsə, ölkənin emissarı olması reallığını nəzərə alsaq, heç şübhəsiz, Vaşinqtonda təhlükəsizlik şurasının katibinə, necə deyərlər, həyatı başa salacaqlar. Mövcud xüsusda irəli sürülən fikirlərdə vurğulanır ki, Birləşmiş Ştatlar MDB dövlət başçılarının dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-formal görüşünədək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması müstəvisində əsaslı irəliləyişə nail olmaq niyyətindədir.

ABŞ Cənubi Qafqazda sülh gündəliyi müstəvisində irəliləyişə həm də ona görə nail olmaq istəyir ki, Ermənistan hakimiyyətinə bir o qədər etibar etmir. Vaşinqtonda baş nazir Nikol Paşinyanın MDB-nin qeyri-formal sammitində iştirakının sülh ritorikasına Qərbə sərf etməyən elementlər qazandıracağından ehtiyatlanırlar. Ona görə də var gücləri ilə duruma təsir göstərməyə çalışırlar. Deməli, A.Qriqoryanın tez-tələsik Birləşmiş Ştatlara çağırılmasının səbəbini bu amildə axtarmaq zərurəti yaranır. Görünür, ABŞ-da yaxşı başa düşürlər ki, indiki vəziyyətdə Qərbə Cənubi Qafqaz müstəvisində sərfəli hansısa nəticənin əldə edilməsinin yolu, Ermənistana siyasi sərmayə yatırmaqdan keçmir. Deməli, İrəvan Bakının şərtlərini qəbul etməyə razı salınmalıdır.

Ə.RÜSTƏMOV, XQ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV