USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Keniyanın Baş naziri Azərbaycanın sülh səyləri barədə məlumatlandırılıb


https://img.baki-baku.az/news/2023/11/photo_9922.jpg?v=MjAyMy0xMS0zMCAxNDozNTo0Mw==

Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev bu ölkənin Baş naziri və eyni zamanda, xarici işlər və diaspora naziri Musalia Mudavadi ilə görüşüb.

Səfirlikdən bildirilib ki, səfir görüşdə Azərbaycan ərazilərinin 30 illik işğaldan azad edilməsi nəticəsi olaraq regionda sülh və əməkdaşlıqda unikal fürsətin yaranması, bu fürsətdən istifadə edilməsi üçün Azərbaycan tərəfinin səyləri haqqında məlumat verib. Bu xüsusda, minatəmizləmə proseslərinin bərpa və yenidənqurma işlərinə mənfi təsiri xüsusilə qeyd edilib.

Görüşdə iki ölkə arasındakı mövcud əməkdaşlıq gündəliyi və onun müxtəlif istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub. Həmçinin 2024-cü ildə Keniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsinin iki dost ölkənin əməkdaşlığının daha da möhkəmlənməsinə müsbət töhfə verəcəyi qeyd edilib.

Azərbaycan və Keniya arasında həm işgüzar, həm də turizm məqsədli səfərlərin təşkili, bunun üçün müvafiq inzibati məsələlərin həllinin vacibliyi vurğulanıb.

Baş nazir M.Mudavadi və səfir S.Hacıyev Keniya və Azərbaycan münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Dinamik inkişaf edən əlaqələrin daha da genişlənməsi üçün informasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznesin əməkdaşlığı, ticarət, mədəniyyət, idman və digər sahələrdə böyük potensialın mövcud olduğu bildirilib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət