USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tallində keçirilən Beynəlxalq Milad Bazarında Azərbaycan məhsulları nümayiş olunub


https://img.baki-baku.az/news/2023/11/photo_9890.jpg

Tallin şəhərində Estoniyanın Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Milad Bazarı keçirilib.

Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, tədbirdə Estoniyada akkreditə olunmuş 20-yə yaxın diplomatik nümayəndəliyin təmsilçiləri iştirak ediblər. Sayca 18-ci dəfə keçirilən bu xeyriyyə tədbirində Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz də milli stendlə təmsil olunub.

Ölkəmizə aid guşədə “Made in Azerbaijan” brendi altında müxtəlif növ milli məhsullar təqdim edilib. Azərbaycan məhsulları tədbirə gələnlərin böyük marağına səbəb olub.

Tədbirin açılışında iştirak edən Estoniyanın birinci xanımı Sirye Karis çıxışında xeyriyyə bazarına verdikləri töhfələrə görə təmsil olunan səfirliklərə təşəkkürünü bildirib.

Sonra birinci xanım tədbirdə iştirak edən diplomatik nümayəndəliklərin rəhbərləri ilə xatirə fotosu çəkdirib.

Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov Estoniyanın birinci xanımını milli stendimizdə salamlayaraq, təqdim olunan məhsullar barədə ona ətraflı məlumat verib. Estoniyanın birinci xanımı Azərbaycan milli stendinin onda xoş təəssürat yaratdığını qeyd edib.

Estoniyanın Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Milad Bazarından əldə edilən vəsait ehtiyacı olan uşaqlar üçün yaradılmış xeyriyyə fonduna köçürülür.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət