USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan ksenofobiya, antisemitizm və şovinizm ağuşunda


https://img.baki-baku.az/news/2023/11/photo_9786.jpg

Ermənistanda hər zaman etnosentrizm, ksenofobiya və millətçilik kimi anlayışlar hakim mövqedə olub. Bu ideologiya dövlət başçıları səviyyəsində təbliğ edilib. Buna görə də başqa xalqların nümayəndələri Ermənistanda özlərini həmişə yad kimi hiss ediblər. Ermənilər özlərini həmişə güləriz, qonaqpərvər göstərsələr də, monoetnik ölkə kimi həmişə digər millətlərə aqressiv olub, erməni olmayanlara qarşı qəddarlıq nümayiş etdiriblər. Bu günlərdə İrəvanda keçirilən futbol qarşılaşmasından sonra qonaq komandanın azarkeşləri erməni qəddarlığının şahidi olublar.

AVRO-2024-ün seçmə qrup mərhələsində İrəvanda keçirilən Ermənistan-Uels qarşılaşmasını uelsli azarkeşlər heç vaxt unutmayacaqlar. Ona görə yox ki, futbol adına gözəl mübarizə, qol anlarını müşahidə etdilər. Əsla! Britaniya təəbələri Ermənistanda polis vəhşiliyi ilə üzləşiblər və regionun “demokratik” dövlətinin polis “qonaqpərvərliyinin” sərt üzünü görüblər. Belə ki, Uels millisinin azarkeşi Ermənistanda polis tərəfindən, üstəlik, silahla saxlanıldıqdan sonra həyatı üçün ciddi qorxu keçirdiyini bildirib. 35 yaşlı Gerin Uilliams adlı şəxs BBC News-ə deyib ki, ötən cümə günü erməni polisi tərəfindən heç bir səbəb olmadan həbs edilib. G.Uilyamsın sözlərinə görə, erməni polisi onu 12 saat yeməksiz və susuz saxlayıb. Bundan əvvəl, uelsli azarkeş həyatı üçün o qədər qorxub ki, şənbə gecəsi Avropa futbol seçmə yarışı başlamazdan əvvəl vətəninə qayıdıb.

G.Uilyamsın dediyinə görə, o, oyun ərəfəsində dostları ilə evə gedərkən həbs edilib: “Yoldan keçərkən çox sayda polis maşınının olması diqqətimi çəkdi”. “Mən buna əhəmiyyət vermədim və onların arasından keçib getdim, sonra polis mənə hücum etdi. Təxminən beş-altı nəfər idilər, məni yıxdılar, təpiklədilər, əllərimi qandallayıb mikroavtobusun arxasına atdılar”. Mikroavtobusdan düşəndən sonra G.Uilyams polislər digər azarkeşləri də bölmələrə aparırlar. “Bölməyə daxil olanda otaq adamla dolu idi, hamını divara söykəyərək, üstlərini yoxlayırdılar. Sonra bizi ayrı-ayrı otaqlara apardılar”, deyən uelsli azarkeş əlavə edib ki, bir neçə saat ərzində heç kim onlarla ünsiyyət saxlamayıb: “Bizi sadəcə otaqlara apardılar və bu otaqda olduğumuz müddətdə bir polis məmuru bizi izləyirdi. O, bizimlə, ümumiyyətlə, danışmadı və əslində, üç saat otaqda yatdı”.

“Otaq təmiz deyildi və bizi orada saxladılar və gözləməyimizi söylədilər. Durmadan niyə burada olduğumuzu və nə qədər gözləməli olduğumuzu soruşurduq. Bizə dedilər: bir saat, bir saat, bir saat. Yadımdadır, bir oğlan bir stəkan su istədi və polis tualeti göstərdi və ona gedib oradan içməyi söylədi”. G.Uilyamsın sözlərinə görə, azarkeşlərdən bəziləri sual verəndə polislər qışqıraraq onları qorxutmağa çalışıblar: “Onlar həqiqətən çox qorxudurdular, bir anda polislərdən biri silahla otağa girdi və silahı üzümüzə tuşladı. Onların reaksiyasından qorxduğumuz üçün sual vermək belə istəmədik”. G.Uilyams həbs edildikdə səfirlik ilə əlaqə saxlayaraq kömək istəyib. Səfirliyin nümayəndələri bölməyə gələrək polis nümayəndələrini yola gətirməyə çalışıblar. Lakin diplomatlar da erməni polis özbaşınalığı ilə üzləşiblər və saxlanılan azarkeşlərə vaxtında hüquqi yardım göstərə bilməyiblər. Binada 12 saat qaldıqdan sonra G.Uilyiams və digər azarkeşlər polis bölməsindən otelə qayıdıblar.

Oteldəki nömrəsində bir az istirahət edən G.Uilyams gecikmədən yaxınlarına zəng etdiyini bildirib: “Yuxudan oyandıqdan sonra qardaşıma və dostlarıma dedim ki, evə getməliyəm, daha burada qalmaq istəmirəm. Beləliklə, biz bilet bron edib Vyanaya, oradan isə evə uçduq. Özümü təhlükəsiz hiss etmirdim, polislərin geri qayıdacağından qorxurdum və narhat olurdum ki, matça baxmağa getsəm, yenə belə bir hadisə baş verə bilər. Son bir neçə saat biz orada saxlanılarkən, sadəcə olaraq, canımız üçün qorxurduq. Hətta bir anda qaçmağa çalışmaq haqqında düşündük. Bu, dəhşətli təcrübə idi”. Səfirlik rəsmiləri hadisə ilə bağlı polislə əlaqə saxlamağa davam edəcəklərini bildiriblər.

Göründüyü kimi, ən monoetnik ölkə kimi şovinizm, millətçilik, faşizm və antisemitizm kimi mənfi keyfiyyətlər Ermənistan cəmiyyətinin bütün təbəqələrinə hüfuz edərək kök salıb. Ksenofobiya, antisemitizm və şovinizm müasir Ermənistanın qəddar reallığıdır. Onilliklər ərzində Ermənistan davamlı olaraq irqçilik və ksenofobiya siyasətini davam etdirərək XXI əsrə bu biabırçı statusla qədəm qoyub. İndi Ermənistanı əzizləyən və hər imkanda dəstəkləyən Qərb sakinləri erməni qəddarlığını öz dərilərində hiss etmək imkanı tapdılar.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV