USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıdan “avrotəlimlərə” STOP!

​​​​​​​Avropa İtifaqının Azərbaycanda “rəsmi təlimlərinin” bir çoxu dayandırılıb 


https://img.baki-baku.az/news/2023/11/photo_9783.jpg?v=MjAyMy0xMS0yMiAxMDo0Mjo0Mg==

Bir çox hallarda əsas missiyalarının nədən ibarət olduğu bilinməyən avroparlamentarların, kosmopolit siyasətçilərin, bunlardan daha pisi, ermənilərə rəğbət bəsləyən qərbli məmurların Azərbaycana necə işləməyi və necə yaşamağı öyrətmələri özlüyündə kənar müşahidəçidə suallar doğurur. Hələ də kandarında dayandığımız “Avropa evi”nin sahibləri tərəfindən milyonlarla avronun ayrıldığı bu layihələr Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə yanaşı, dövlət strukturlarlı üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkil edilməsini nəzərdə tutur. Yəni, avropalı məmurlar Azərbaycanın nazirlik, komitə və idarələrinə onların standartları ilə işləmək vərdişlərini aşılamaq üçün təlimlər keçirdilər. Ona görə “keçirdilər” yazdıq ki, Bakı artıq belə birgə “kurs-təlimlərın” bir çoxuna son qoymaq barədə qərar qəbul edib.  

Azərbaycan dünyaya açıq dövlətdir və istər dövlət strukturlarının, istər qeyri-hökumət təşkilatlarının, istərsə də vətəndaş cəmiyyəti institutlarının müasir standartlara uyğun fəaliyyət göstərməsində hamıdan çox özü maraqlıdır. Son illər adı çəkilən sahələrdə təcrübənin artırılması, çağdaş dünyaya inteqrasiya prosesinin genişləndirilməsi məqsədilə Avropanın bir sıra dövlərlərindən ölkəmizə ekspertlər, təlimçilər gəlməkdədirlər. Bu işləri isə Avropa İttifaqı müxtəlif layihələr, proqramlar çərçivəsində həyata keçirir. Aİ-yə üzv dövlətlərdən Twinning konsultasiyaları qaydasında təşkil edilən təlimlərin sxemi benefisiar–ölkələrin dovlət orqanlarına bir ildən üç ilədək müddətə təlimatçıların ezam edilməsini nəzərdə tutur. Avropalı ekspertlər layihənin həyata keçirildiyi həmin dövr ərzində Azərbaycana qısa və orta müddətə təşrif buyurur, təlim-tədris tədbirlərini yerinə yetirirlər.       

Onların bütün bu fəaliyyəti ölkəmizdə fəal vətəndaş cəmiyyətinin inkişafına töhfə verilməsi və nəticədə, Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat imkanları yaradılmasına dəstək məqsədi daşıyır. İlk baxışda məqsəd və niyyəti qətiyyən şübhə doğurmayan bu layihələrdə diqqəti çəkən əsas məqam təlimlərin Avropanın hansı ölkələrinin təmsilçiləri tərəfindən yerinə yetirilməsidir. Maraqlıdır ki, belə layihələrin böyük əksəriyyətinin avanqardı rolunda Litva çıxış edir. Söhbət Avropa İttifaqında Fransadan sonra açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirən və anti-Azərbaycan fəaliyyəti ilə seçilən bir dövlətdən gedir.   

Beləliklə, rəsmi Bakı yerli hüquq-mühafizə orqanları, səhiyyə və sosial təminat sahələrində Litvanın icra etdiyi üç birgə layihəni dayandırıb. Etibarlı mənbələrdən alınan məlumata əsasən, bir çox hallarda litvalı məmurların Azərbaycanda dövlət idarəetməsinin aparıcı sahələrində hədsiz fəallığı və maraqlılığı normal əməkdaşlığın hüdudlarını aşır və müəyyən şübhələr yaradırdı. Müxtəlif nazirlik və idarələrdə təşkil olunan metodiki təlimləri az qala “müəllim–şagird” üslubunda aparmağa meyl göstərən məhz bu ölkələrin avro-çinovniklərinin yerli məmurlara, dövlət qulluqçularına yuxarıdan-aşağı baxmaları da nəzərdən yayınmırdı. Həm də bu səbəblərə görə, miqrasiya sahəsində İsveç və Yunanıstanla tvinninq–layihəyə də son verilib. Xüsusilə birinci dövlətin Azərbaycana və Türkiyəyə münasibətdə son illər sərgilədiyi mövqeyini geniş şərh etməyə ehtiyac duymuruq.  

* * *              

Haqqında danışdığımız layihələr Azərbaycan üçün, çox güman ki, ötən əsrin 90-cı illərinin əvvəllərində böyük əhəmiyyət daşıyırdı. Çünki müstəqilliyinə yeni qovuşmuş respublikamız hər şeyi “sıfırdan” başlamaq məcburiyyətində idi. Amma ölkəmiz yeni əsrə, yeni minilliyə yeni dəyərlərlə qədəm qoydu. Xüsusilə 2003-cü ildən daha geniş inkişaf yoluna çıxan Azərbaycan qarşıya qoyduğu məqsədlərə doğru addım-addım, həm də inamla irəliləyirdi. 2020-ci ildən sonra isə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan Cənubi Qafqazda söz sahibinə, öz ayaqları üzərində möhkəm dayanmış respublikaya çevrildi. Məhz bu kontekstdən yanaşanda hazırda Avropa İttifaqı ilə “müəllim–şagird” münasibətləri Bakıdan ötrü bir o qədər də prioritet sayılmaya bilər. Bu zaman onu da qeyd etməyi vacib sayırıq ki, Fransanın dominantlıq etdiyi Aİ-nin Xarici siyasət komitəsinin rəhbəri, erməni separatizminin “alovlu təbliğatçısı” sayılan Cozef Borrelin son vaxtlar Azərbaycanın ünvanına “xəbərdarlıq” və “birmənalı siqnalları” fonunda bu xarakterli əməkdaşlıq qətiyyən arzuedilən deyil.     Azərbaycanın dövlət strukturlarının idarəetmədə inzibatçılığın keyfiyyətini daha da yaxşılaşdırmaq üçün xarici ölkələrlə təcrübə mübadiləsinə gəldikdə isə yadda saxlamaq lazımdır ki, Avropanın Azərbaycanla dost münasibətlərə malik ayrı-ayrı dövlətləri ilə ikitərəfli təmasları heç kim kənara qoymayıb. Bu kontekstdə Bakıdan ötrü Polşa və Finlandiya ilə oxşar layihələrin həyata keçirilməsi istisna hal sayılmalıdır. Çünki bu iki ölkə Azərbaycanla münasibətlərində sağlam, ədalətli və eyni zamanda, balanslaşdırılmış mövqe nümayiş etdirirlər. Onlar da Aİ üzvləridir.                                                                                                             Üstəlik, Asiyanın yüksək texnologiyaya sahib bir sıra ölkələri özləri üçün Aİ ilə rəqəmsallaşma və inzibati islahatların effektivliyi baxımından uzunmüddətli və səmərəli əməkdaşlığı müəyyən ediblər. Yəni, burada rəsmi Bakının tərəfdaşları kifayət qədərdir. Fəqət belə görünür ki, daxili inzibatçılıq məsələlərində Aİ ilə institusional əməkdaşlığın məntiqi sonluğa yaxınlaşdığını söyləyə bilərik.            

İ.HƏSƏNQALA

 

Ekspert rəyi

Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq:

Əslində, həmin Twinning proqramlarında avropalı emissarlar Azərbaycan dövlətinə qarşı hansısa fəaliyyət göstərmək iqtidarında deyillər və bunu edə bilməzlər. Sadəcə olaraq, onlar Avropada qəbul olunmuş qaydaları təqdim, təklif və şərh etməklə məşğuldurlar. Burada irəli sürülən təfliflərin Azərbaycan tərəfindən

mütləq şəkildə qəbul edilməsi məsələsi də yoxdur. Əgər biz Avropaya neftdən başqa hansısa digər məhsul və mallarımızı satmaq, bu prosesə avropalı investorların cəlb olunmasını istəyiriksə bu halda yerli qaydalarımızı “köhnə qitə”də mövcud standartlara uyğunlaşdırmalıyıq. Bu zaman sərbəst şəkildə bəyəndiyimiz norma və qaydaları tətbiq edir, bəyənmədiyimizdən yan keçirik.

Əgər layihənin icraçısı kimi Litvadan xoşumuz gəlmirsə, macarları seçə bilərik. Bəli, mövqeyi bizə yaxın ölkələrin həmin proqramlarda iştirakını arzu etməyimiz təbiidir. Maliyəni Avropa İtifaqı verir, icraçılar da tender əsasında müəyyən edilir. Əlbəttə ki, qərar qəbul olunan zaman Aİ Azərbaycanın da rəyini nəzərə almalıdır. Nəzərə almayacaqları təqdirdə, aydın məsələdir ki, Bakı o layihələrdən imtina edəcək.          




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI