USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Suriyadan 12 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib


https://img.baki-baku.az/news/2023/11/photo_9777.jpg

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq noyabrın 21-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla, 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Noyabrın 21-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, - XİN-in məlumatında qeyd olunub.




Redaktorun seçimi

Respublikaçılar Co Baydenə qarşı
  • Daxili siyasət
  • 11:31 07.12.2023
Respublikaçılar Co Baydenə qarşı
Paşinyanın uğursuz müttəfiq axtarışları
  • Daxili siyasət
  • 11:02 07.12.2023
Paşinyanın uğursuz müttəfiq axtarışları
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
  • Daxili siyasət
  • 10:57 07.12.2023
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
Dünya savaşdan doymur
  • Daxili siyasət
  • 10:01 06.12.2023
Dünya savaşdan doymur

Daxili siyasət