- Daxili siyasət
- 09:39 08.12.2023
Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.
Bəyanatı Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib.
“Azərbaycan parlamenti Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edir. Amerikanın belə addımları regionda sülhə, sabitliyə zərbə vurur. ABŞ-ın təcavüzkar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə imkan verib.
ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib. Əksinə, maliyyə yardımı göstərib, yüksək səviyyəli görüşlər təşkil edib. Amerika tərəfinin bu addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib.
ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, - deyə bəyanatda bildirilib.