USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hayların sağalmaz “beyin iflici”

Yaxud, müqayisəyə gəlməyən dəyərləri üzləşdirmə cəhdləri


https://img.baki-baku.az/news/2023/11/photo_9707.jpg

Cinayəti törədərkən 17 yaşında olan Ogün Samast hadisədən bir gün sonra Samsunda avtovağzalda saxlanılmışdı. 16 il 10 ay həbsdə olan Samast vaxtından 1 il əvvəl yaxşı davranışı səbəbilə şərti azadlığa buraxılıb. Samast cəzasını Bolu şəhərinsdəki F Tipi Həbsxanada çəkirmiş. Ogün Samastın qətlə yetirdiyi erməni əsilli jurnalist Hrant Dink 1954-cü ilin sentyabrında Türkiyənin Malatya şəhərində anadan olub. “Aqos” qəzetinin baş redaktoru kimi Dink qondarma “erməni soyqırımı”nın Türkiyədə tanınması, yerli ermənilərə daha çox imtiyazlar verilməsi üçün çalışırdı.

* * *

Ogün Samastın vaxtından cəmi bir il əvvəl azadlığa çıxmasından “qəzəblənən” erməni KİV-ləri, sosial şəbəkə seqmentləri etiraz səslərini ucaltmağa başlayıblar. Bu zaman ağıllarının ucundan belə keçirmirlər ki, Türkiyədə hətta Hrank Dinkin qətlindən sonra da ermənidilli qəzetlər çap olunur və həmin qəzetlərin səhifələrində mütəmadi olaraq uydurma “erməni soyqırımı”nın “tanınmasının zəruriliyi” məsələsi qaldırılır. Axı bu sözləri də o zaman “Aqos”un baş redaktoru yazmışdı: “Türkiyə cəmiyyətinin ən aktual problemlərindən biri Osmanlı imperiyasında ermənilərin soyqırıma məruz qalması ilə bağlıdır”. İndi müddətdən bir il tez həbsdən buraxılmış Samastın üstünə “hücum çəkən” hay media mənsublarına necə sübut etsinlər ki, onların bəyənmədiyi Türkiyədə söz azadlığı “daşlar ölkəsi” Ermənistandakından daha çoxdur. Hərçənd son vaxtlar ermənipərəst Qərb və okeanın o tayındakı ABŞ Ermənistanı az qala bölgənin “demokratiya mayakı” qismində təqdim etməyə çalışırlar. Məsələnin milli-siyasi tərəfinə nəzər saldıqda haray-həşir qoparan erməni media mənsublarının bir incə məqamı “unutdağları” mütləq qeyd olunmalıdır.

Axı, Ermənistanda türk dilində qəzet yoxdur və yerli KİV-lərdə isə “erməni soyqırımı”nı şübhə altına almağın özü belə qadağandır. Amma 16 il 10 ay bundan əvvəl İstanbulun küçələrində Dinkin öldürülməsinə qarşı etiraz aksiyaları keçirilmişdi. O mitinqlərdə Türkiyə cəmiyyətinin ictimai-siyasi xadimləri ilə yanaşı, tanınmış sənət adamları da iştirak edirdilər. “Biz hamımız – Qrant Dinkik” şüarı ilə keçirilən aksiyalardan sonra yerli media cameəsi bir neçə dəfə Dinki anma tədbirləri də düzənləmişdi.                                                                   

İndi sual olunur:  Ermənistanda nə vaxtsa hansısa türk jurnalistinin, yaxud suyasətçisinin xatirəsinə mitinq, anım mərasimi keçirilibmi? Ümumiyyətlə, belə bir halın mümkünlüyünü ağlınıza sığışdıra bilərsinizmi? Mümkün deyil! Əksinə, İrəvanın Teatr meydanında Hitler Almaniyası çağlarındakı kimi, neonasist nümayişlərin, “njdesevərlərin” yürüşlərinin şahidi ola bilərsiniz. Faşist qafalı vandalların belə aksiyalarında Türkiyə bayrağının yandırılması isə adi qaydaya çevrilib. Bəs, erməni jurnalıistləri həmvətənlərinin insan haqlarından, azadlıq və humanizm prinsiplərindən uzaq davranışlarını bircə dəfə olsun qınadılarmı?    

* * * 

Ötən əsrin sonlarında Fransanın Orli hava limanında terror aktı törədən və 8 insanın ölümünə səbəb olan ASALA liderlərindən Varijan Karapetyanı dünyanın “ən humanist məhkəsi”nin fransız hakimləri girov müqabilində azadlığa buraxanda rəsmi İrəvan şadyanaqlıq edirdi. 2001-ci ilin mayında Ermənistanın baş naziri Andranik Markaryan “ana vətəninə” təşrif buyurmuş terrorçu Karapetyanı şəxsən qəbul etmiş və onun Fransa həbsxanasından buraxılmasına görə çox sevindiyini bildirmişdi. Amma Türkiyədə nə jurnalistlərdən, nə də siyasilərdən kimsə Samastın pişvazına getmədi, onu qəbul etmədi, hərəkətinə “qəhrəmanlıq donu” biçmədi. Müqayisə üçün digər tarixi sübutları da sadalaya bilərik. Əslində, bu iki hadisənin arxasından boylanan dəyərlər müqayisə materialı olmağa layiq deyil. 

Zərərli ideologiyaya və xəstə təxəyyülə söykənən bütün bu anti-Türk təbliğatının, hərəkətlərinin fonunda erməni mediası, siyasi kəsim Ogün Samastın vaxtından cəmi bir il tez azadlığa çıxmasını “qara bayramları” kimi qələmə verirlər. Deməli, bu qaraguruh zehniyyəti ondan xəbər verir ki, Ermənistan cəmiyyətində, bütövlükdə hayların düşüncəsində “türkofobiya” iflicindən müalicə prosesi asta və ağrılı gedir.     

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI