USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan səfiri etimadnaməsini Honduras Prezidentinə təqdim edib


https://img.baki-baku.az/news/2023/11/photo_9650.jpg

Azərbaycanın Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti xanım İris Siomara Kastro Sarmientoya təqdim edib.

Ölkəmizin Meksikadakı səfirliyindən  bildiriblər ki, paytaxt Tequsiqalpada keçirilən mərasimdə M.Talıbov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Prezident Siomara Kastroya çatdırıb. Salamlara görə təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Honduras arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb. Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası əlaqələr, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu sahələrində potensialın olduğu bildirilib.

M.Talıbov Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər Ermənistanın hərbi işğalı altında olduğu dönəmdə Hondurasın məsələ ilə əlaqədar beynəlxalq hüquqa söykənən mövqedən çıxış etməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Prezident S.Kastro Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu fəaliyyətini xüsusi vurğulayıb. O, həmçinin rəhbərlik etdiyi hökumətin Hondurasla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib, bu istiqamətdə gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzulayıb.

Sonra Hondurasın xarici əlaqələr və əməkdaşlıq nazirinin müavini Xerardo Torres Zelaya ilə səfir Məmməd Talıbov arasında ayrıca görüş keçirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət