USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi


https://img.baki-baku.az/news/2023/11/photo_9619.jpg

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə bəyanat qəbul edilib.

Bu barədə  Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Sənəddə 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdiyi bildirilir və “8 noyabr tarixində qardaş Azərbaycan xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir”, - deyə vurğulanır.

Bəyanatda, həmçinin Azərbaycanın beynəlxalq hüququ və ədaləti, eləcə də bir milyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsinə və yenidən qurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanır.

Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına təbriklər çatdırılır və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunur.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət